Kulinariya

Asan hazırlanan fındıqlı peçenye - RESEPT

13 Noyabr 2017 07:00
6 Şərh     Baxış: 9 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fərqli bir dadda şirniyyat yemək istəyirsinizsə, bu reseptimiz sizin üçündür.

Milli.Az ailem.az-a istinadən asan hazırlanan fındıqlı peçenyenin reseptini verir.

Lazım olanlar:
 
250 qr kərə yağı
 
150 qr şəkər tozu
 
60 qr buğda nişastası
 
1 ədəd yumurta
 
1 paket vanil
 
1 çay qaşığı soda +1 çay qaşığı limon
 
100 qr fındıq
 
 450 qr un
 
Hazırlanması:

Kərə yağı otaq temperaturunda geniş bir kasaya qoyulur. Üzərinə şəkər tozu əlavə edilib qarışdırılır. Sonra un və nişasta bu qarışıma qatılır. Üzərinə soda və limon suyu, yumurta, vanil əlavə edilir, xəmir yoğrulur. Xəmir bir az qalandan sonra qoz böyüklükdə hissələrə ayrılır. Əlin içində yastılanır və içinə bir ədəd fındıq qoyulub bağlanır, yumrulanır. Yağlı soba qabına düzülür.
 
160 dərəcədə qızdırılan sobada peçenyelərin altı xəfif qızarana qədər bişirilir. Daha sonra bişən peçenyelər içi şəkər külü dolu olan qabın içinə qoyulur.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.