Kulinariya

Darçınlı peçenyeni özünüz hazırlayın - RESEPT

8 Noyabr 2017 07:00
3 Şərh     Baxış: 4 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evdə hazırlanan şirniyyatların dadından doymaq olmur. Milli.Az ailem.az-a istinadən evdə asan hazırlaya biləcəyiniz dadlı darçınlı peçenyenin reseptini verir.

Darçınlı peçenye üçün lazım olanlar
 
Un
250 qr kərə yağ
Kiçik əzilmiş qoz və ya fındıq
1 paket qabartma tozu
1 paket vanil
2 çay qaşığı darçın (yarım çay qaşığı da xəmiri üçün)
1 ədəd yumurta ağı
1 stəkan duru yağ
1 stəkan şəkər tozu
 
Peçenyeni kəsmək üçün müxtəlif formalı fiqur
 
Hazırlanması
 
Ocağı əvvəlcədən 160-170 dərəcədə isidin. Verilən vasitələri bir qabda yaxşıca qarışdırıb yoğurun. Yumşaq xəmir alındıqda onu orta ölçülü kündələrə ayırın. Həmin kündələri nisbətən qalın yayaraq fiqurlarla kəsin. Ocaq qabına yığıb 20 dəqiqə bişirin. Bişdikdən sonra 3 yemək qaşığı şəkər tozu ilə 2 çay qaşığı darçını qarışdırıb bişən peçenyeləri bu qarışıma batırın. Artıq peçenyeləriniz çayla içilməyə hazırdır.
 
Nuş olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.