Kulinariya

Əsl sovet plombirinin RESEPTİ

21 Avqust 2017 07:00
5 Şərh     Baxış: 6 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi sovet plombirinin illərdir unudulmayan dadını axtarırsınız? Mağazadan aldığınız eyniadlı dondurmalar o ləzzəti xatırlatmır?

Milli.Az əsl sovet plombirinin reseptini təqdim edir. Onu ev şəraitində hazırlayıb, isti yay mövsümünü zövqlə keçirdin.

Ərzaqlar:
1 litr süd
2 stəkan şəkər tozu
100 qr kərə yağı
1 ç/q kartof nişastası
5 ədəd yumurta sarısı
1 ç/q vanil

Tərkibi

Öncə süddən yarım stəkan kənara qoyub, yerdə qalanını qızdırın. Üzərinə kərə yağı töküb, qaynadın. Digər qabda şəkər tozu, nişasta,vanil və yumurta sarısını qarışdırıb, mikserlə yaxşıca çalın. Kütlənin üzərinə xama qatılığına gələnədək yarım stəkan soyuq süd əlavə edin.

Qaynayan südü yenidən ocağın üstünə qoyub, yumurtalı kütləni qarışdıra-qarışdıra ehtiyatla üzərinə tökün. Kütləni qaynadıb, ocaqdan götürün. Qabı, soyuq su olan digər qabın içinə qoyub, ilıq olanadək durmadan qarışdırın.

Sonra kütlə olan qabı kənara çəkib, ara-sıra qarışdırmaq şərtilə soyudun. Zövqə görə formalara töküb, dondurucuda gözlədin. Ev plombiriniz hazırdır.

Bu dondurmanı evdə hazırlanmış vaflilərin içinə qoyub, yemək də olar. Bax, bu ləzzətə heç nə çata bilməz.

Nuş Olsun! (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.