Kulinariya

Qarpız kokteyli - RESEPT

7 Avqust 2017 07:00
3 Şərh     Baxış: 4 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ailem.az-a istinadən kokteyl sevənlər üçün yeni resept təqdim edir - qarpız kokteyli. Qarpız mövsümü olduğunu nəzərə alsaq, dadına baxmağa dəyər.

Lazım olan ərzaqlar:
 
4 böyük dilim qarpız
 
1 stəkan qarpız suyu
 
1 stəkan Hindistan qozu və ya şaftalı likörü
 
Qarpız məti
 
Şəkər tozu
 
Xırda qarpız dilimləri
 
Təzə nanə
 
Hazırlanma qaydası:
 
Bir gecə əvvəldən 2 dilim qarpızı kub şəklində doğrayın, ağzı qapaqlı qabda buzluğa qoyun. Digər iki qarpız dilimini blendrda çəkin, nazik süzgəcdən süzün, suyunu və mətini  ayırın. Qədəhlərin ağzı yerləşə biləcək böyüklükdə iki kasa götürün. Kasanın birinə qarpızın mətini, digərinə şəkər tozunu tökün. Qədəhləri əvvəl qarpızın mətinə batırıb, bir-iki dəfə çevirin. Sonra eyni formada şəkər tozuna batırıb, buzluğa qoyun.
 
Gecə buzluğa qoyduğunuz qarpız dilimlərini likörlə birlikdə blendrdan çəkin. Qarpız suyunu da töküb təkrar blendrdan keçirin. Kokteyl hazırdır.
 
Buzluğa qoyduğunuz qədəhləri kənarlarına toxunmayacaq şəkildə kokteyllə doldurun, xırda qarpız dilimi və təzə nanə ilə bəzəyib servis edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.