Kulinariya

Limon mürəbbəsi belə bişirilir - RESEPT

4 Avqust 2017 07:00
5 Şərh     Baxış: 14 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Limon mürəbbəsi ilə siz də səhər süfrələrinizi bəzəyə bilərsiniz. Milli.Az ailem.az-a istinadən turş dadı sevənlərin imtina etməyəcəyi limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Bu mürəbbəni hazırlamaq üçün limon, şəkər tozu və su lazımdır.
 
- 4 ədəd limon
- 2 stəkan şəkər tozu
- 1 stəkan su
 
Hazırlanması:
 
Limonları yuyun, ağ hissələri qalacaq şəkildə qabığını nazik bıçaqla soyun. Soyduqdan sonra xırda dilimlərə ayırın. Limonların üzərinə şəkər tozu əlavə edib saxlayın.

Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edin, 5 dəqiqə sonra suyu süzün. Bunu 3 dəfə təkrar edin.
Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin suyu töküb qaynadın.

Qaynamağa başlayanda doğradığınız limon qabıqlarını da əlavə edin.
Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirin. Soyuyandan sonra balona yığıb soyuducuda saxlayın.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.