Kulinariya

Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI

28 İyul 2017 07:00
2 Şərh     Baxış: 3 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süfrələrdə ləzzətlə yediyimiz şorbalar arasında mərcimək şorbasının öz yeri var. Mərciməyin yaşıl, qırmızı növlərindən bir neçə cür yeməyin hazırlanmasında istifadə olunur.

Milli.Az ailem.az-a istinadən fərqli reseptlə - südlü mərcimək şorbasının hazırlanma qaydası ilə tanış edir. Südlü mərcimək həm sağlamlığa faydalıdır, həm də ləzzətlidir. 

Ərzaqlar:
 
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı duru yağ
1 ədəd baş soğan
2 yemək qaşığı un
1,5 stəkan qırmızı mərcimək
1 stəkan süd
1,5 l su
Duz
 
Hazırlanma qaydası:
 
Kərə yağı və duru yağ qazana əlavə edilərək qızdırılır. Sonra xırda doğranmış baş soğan qovrulur. Un əlavə edilərək rəngi tündləşənə qədər qovrulur və yuyulmuş mərciməklər əlavə edilir. Bir az qarışdırdıqdan sonra üzərinə su tökülür. Qazanın qapağı bağlanaraq bişirilir. Mərciməklər bişdikdən sonra şorba blendrdan keçirilir. Süd və duz əlavə edilərək 4-5 dəqiqə də vam odda qaynadıldıqdan sonra ocaqdan götürülür.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.