Kulinariya

Ərikli keks RESEPTİ

19 İyul 2017 07:00
1 Şərh     Baxış: 5 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ailem.az-a istinadən şirniyyat sevənlər üçün asan hazırlanan ərikli keks reseptini təqdim edir.

Lazım olan ərzaqlar:
 
2,5 stəkan un
 
1 stəkan şəkər tozu
 
1 stəkan duru yağ
 
2 ədəd yumurta
 
3 dolu yemək qaşığı qatıq
 
1 paket qabartma tozu
 
1 paket vanil
 
1 ədəd limonun rəndəsi
 
1 desert qaşığı limon suyu
 
500 qram qırmızı ərik
 
1 yemək qaşığı xaşxaş
 
Pudra şəkəri

Hazırlanma qaydası:
 
Yumurta və şəkər tozunu bəmbəyaz bir rəng alana qədər çırpın. Duru yağ, qatıq və limon suyu əlavə edin. Un, qabartma tozu, limon rəndəsi və vanili qarışdırın, birlikdə ələyin. Bu qarışımı yavaş-yavaş duru qarışımın içinə tökün. Qarışdırın. Qatı bir keks xəmiri olacaq. 25 sm-lik qabı yağlayın. Xəmiri içinə tökün, üzərinə dilimlənmiş ərikləri sırayla düzün. Xaşxaşı da üzərinə səpin. 175 dərəcədə sobada bişirin.
 
Sobadan çıxarandan sonra soyumasını  gözləyin və üzərinə pudra şəkəri səpin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.