Kulinariya

Ərik mürəbbəsi belə bişirilir - HAZIRLANMA QAYDASI

10 İyul 2017 07:00
21 Şərh     Baxış: 13 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay fəsli evdar xanımlar üçün həm də mürəbbə, turşu fəslidir. Hər yeni mövsüm meyvəsi çıxdıqca xanımlar onun mürəbbəsini, kompotunu bağlayır. İndi də ərik mürəbbəsi bişirməyin vaxtıdır. Bəs yaxşı ərik mürəbbəsi necə bişirilir? Əlbəttə, hər xanım öz bildiyi reseptə əsasən bişirir. Amma təqdim edilən bu resepti də bir sınaqdan keçirin.

Milli.Az ailem.az-a istinadən resepti təqdim edir.

Ərzaqlar:
 
2 kq ərik
Ərik toxumlarının ləpələri
750 qr şəkər tozu
1 limonun suyu
 
Hazırlanma qaydası:
 
Ərikləri yuyun və iki hissəyə ayırın. İçindən çıxan toxumları qırıb ləpələrini çıxarın və qazanın dibinə qoyun. Ərikləri də qazana yığıb qapağını bağlayın, 15 dəqiqə ərzində ara-sıra silkələyərək, orta odda öz buğunda bişirin. Sonra içinə 750 qr şəkər tozu tökün. Bu şəkildə də 35-40 dəqiqə, qapağı açıq bişirin. Hərdən üzərinə çıxan kəfini yığın. Limon suyunu da tökəndən sonra 10 dəqiqə qaynadın.
 
İstiykən kəfkirlə ərikləri götürüb, suyunu süzərək bankalara yığın, qapağını yaxşıca bağlayın və başıaşağı çevirin. Bu şəkildə uzun müddət saxlaya bilərsiniz.
 
Nuş olsun!
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.