Kulinariya

Pəhriz saxlayanlar üçün kəsmikli bulka - RESEPT

26 İyun 2017 07:00
6 Şərh     Baxış: 5 537

Bilirik ki, pəhriz saxlayanlar, arıqlamaq istəyənlər un məmulatlarından uzaq durmalıdırlar. Əlbəttə, ləziz un məmulatlarını görüb yeməmək olduqca çətindir. Lakin həm yeyib, həm də az kalori almaq də mümkündür. Milli.Az ailem.az-a istinadən kəsmikli pəhriz bulkasının reseptini təqdim edir. Sağlam qidalanmağa çalışanlar üçün ideal reseptdir, kalorisi də azdır.

Lazım olan ərzaqlar:
 
- 3 stəkan tam buğda, ya da çovdar unu (Çovdar unu ilə bişirsəniz, xəmirin qatı olmaması üçün un 3 stəkandan az olsun)
 
- 1 stəkan qatıq
 
- 2 yumurta
 
- 1/2 su stəkanı zeytun yağı
 
- 1 paket qabartma tozu
 
- Bir çimdik duz
 
- Bir az doğranmış şüyüd
 
İçlik üçün:
 
- kəsmik
 
- Bir az doğranmış şüyüd

Hazırlanma qaydası:
 
Yumurtanın birinin sarısını ayrı kasaya qoyun (sonra bulkanın üzərinə çəkiləcək). Bir yumurta, yumurtanın ağı, qatıq və zeytun yağını çırpın. Ayrı bir qabda 1 stəkanı un, duz və qabartma tozunu qarışdırın. Yumurta və zeytun yağı qarışımını unun üstünə tökün və yoğurmağa başlayın. Qalan 2 stəkan unu da az-az tökün və ələ yapışmayacaq xəmir olana qədər yoğurmağa davam edin. Axırda doğranmış şüyüdü də əlavə edin və təkrar yoğurun. Xəmiri 18-20 kündəyə ayırıb yumrulayın.
 
Başqa qabın içində kəsmiklə şüyüdü də qarışdırın. Kündələri əlinizlə açıb ortasına bir çay qaşığı içlik qoyun və yaxşıca bağlayın. Yağlı kağız sərilmiş qaba düzün, üstünə yumurta sarısını sürtün. İstəsəniz, çörəkotu da səpə bilərsiniz. Əvvəldən isidilmiş sobada 180 dərəcədə üstü qızarana qədər bişirin.
 
Nuş olsun!

Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ❤ Nara ❤ · 26 İyun 10:1910

    Eziz MODERATOR ve deyerli MİLLİ.AZ kallektivi Sabahınız xeyirli ugurlu olsun.Bir damla serilsin üreyinize,min xoşbextlik dolsun könlünüze.Bütün xeyallarınız gercek olsun,duallarınız qebul olsun bu Bayramda.Sufreniz her zaman acıq eviniz bereketli,üzünüzde tebessüm,qelbinizden sevgi,ailenizden xoşbextlik eksik olmasın.Allah sizi pis emellerden,şerden,böhtandan qorusun.Rebbim o,gözel üreyinize göre versin!!!Oruc tutanların Otucu qebul olsun,arzu niyyetiniz cin olsun.Rebbim sevdiklerinizi etrafınızdan hec bir zaman eksik etmesin.Birlik ve beraberliyimizi,qardaşlıq ve dostlugumuzu en isti şekilde hiss edeceyimiz müqeddes Ramazan bayramınız mubarek olsun.

    Cavab yaz
  • Anonim
    10-RR-123 · 26 İyun 15:5400

    Senidə Ramazan bayramın Mübarək

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 29 İyun 13:3400

    Beh beeehhh sevdiyim bulka...ama diet saxladigim ucun yeye bilmirem...hem emelli ariqlamisam...cox sevinirem...hekimsiz zadsiz...:)))

    Cavab yaz
    • Anonim
      Sevaya · 29 İyun 19:3300

      Seva nece eledin ariqladin? Deye bilersen?

      Cavab yaz
      • Anonim
        SEVA TOVUZ · 30 İyun 12:2100

        Salam...etrafli yazim ariqlamagim haqqinda...demeli bele...ilk once yemeyimi azaltmaga basladim...sonra adi su evezine limon duzu qatilmis su icdim her defesinde...sadece cox olmasin limon duzu medeye zerer vere biler deye...gune 2litr olmaqla icdim...cayi adi suyu hec icmirem 1coreyi 5gune yeyirem...yuxunu normasinda yatiram...yeni axsam saat 11 12de yatiram seher saat 6da uzagi 7ye qalxiram...hecne yemirem seher...is gorende susayiram ve limon duzlu suyu icirem...gunorta az yemek yeyirem axsam acsam cox yox 2qasiq yemeyi 1-2dilim corekle yeyib arxasinca limonlu su...ve eyer acmaq istemiremse onda gezinirem axsam...yemek yadimdan cixir...yorgun dusurem ve yatiram...bucur oyresenden sonra demek olarki yemek istemirem...sozun duzu 1aya 5kq ariqlaya bildim...ve davam edirem ariqlamaga...

        Cavab yaz
        • Anonim
          SEVA TOVUZ · 30 İyun 12:2900

          Etden toyuqdan az istifade edirem...duzu 1kq et 1ay gedir...yag istifadesinde ne qargidali nede gunebaxan istifade etmirem...ismayilli kend yagindan istifade edirem...yag demek olarki yox seviyyesindedir...cox istesem et qutabi goy qutabi yumurta salat bele seyler yeyirem...cox az miqdarda...cox hereketde oluram...kalori yanir...birde bel hissesinden ariqlamaq ucun beli baglayib hereketde olmaq lazimdir...onda daha tez yaxsi netice alinir

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.