Kulinariya

Pediatrdan analara özəl albalı biskviti RESEPTİ

31 May 2017 07:00
13 Şərh     Baxış: 9 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirniyyatı sevməyən uşaq çətin tapılar. Balacalar xüsusən də mağazalarda satılan müxtəlif çeşidli şirniyyatlara meylli olurlar. Bu, isə valideynləri narahat edir. Çünki bu cür şirniyyatların tərkibi, bişirilmə və saxlanma şərtləri çoxlarını qane etmir. Mütəxəssislər də hazır satılan şirniyyatları alıb uşaqlara yedirtməyi məsləhət görmürlər. Odur ki, uşaqlarının sağlamlığını düşünən analar evdə şirniyyat bişirməyə üstünlük verirlər. Belə sağlam şirniyyatlardan birinin reseptini pediatr Günay Rəsulova bölüşüb. Bu, albalı biskvitidir. Milli.Az ailem.az-a istinadən həmin resepti təqdim edir. 

Tərkibi:

1 su stəkanı çəyirdəksiz albalı
1 çay stəkanı qatıq
3 yemək qaşığı keçibuynuzu tozu
2 yemək qaşığı kərə yağı
1 yumurta sarısı
2 yemək qaşığı un halına gətirilmiş qoz
Apardığı qədər buğda unu

Hazırlanması:

Albalını blendrdan keçirin. Bütün vəsaitləri qarışdırın. 20 dəqiqə gözlədikdən sonra istədiyiniz kimi şəkilləndirib 170 dərəcəlik sobada bişirin.

Xəbərdarlıq:

8 aydan etibarən vermənizi tövsiyə edirik. 1 yaşından kiçik körpəniz üçün tərkibindən qozu çıxararaq bişirməniz məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.