Kulinariya

Meyvəli tort belə bişirilir - RESEPT

22 May 2017 07:00
15 Şərh     Baxış: 6 291

Milli.Az lent.az-a istinadən çox dadlı və evdə asanlıqla hazırlaya biləcəyiniz meyvəli tort resepti təqdim edir.

Lazım olan ərzaqlar:
4 ədəd yumurta
1 stəkan buğda nişastası
1 stəkan su
1 stəkan şəkər tozu
2 paket vanil
1 paket qabartma tozu
1 stəkan un
Banan
Çiyələk (meyvələri istəyə görə seçmək olar)
 
Kremi üçün:
1 stəkan şəkər tozu
5 stəkan süd
1 qaşıq kərə yağı
1 stəkan nişasta
2 paket vanil 
1 stəkan un
 
Hazırlanması:
Süd, şəkər tozu, un və nişastanı bir qazana töküb bişirin. Daha sonra içinə kərə yağı və vanilləri əlavə edib 5 dəqiqə mikserlə çırpın. Kremi soyumağa qoyun.
Başqa bir qaba yumurtaları və şəkər tozunu töküb, köpüklənənə qədər 10 dəqiqə mikserlə çırpın. Sonra qalan ləvazimatları da qatıb çırpmağa davam edin. Qarışımı altına yağlı kağız sərdiyiniz qaba boşaldın. Əvvəldən isitdiyiniz sobada 150 dərəcədə bişirin. Bişəndən sonra sobadan çıxarıb soyumağa qoyun.
Soyuyan keksi eninə 2 hissəyə bölün. Birinci hissəni kremləyib üzərinə banan və çiyələk dilimləri düzün. İknci hissəni bunun üzərinə qoyun. Qalan kremi keksin üstünə və ətrafına sürtüb yenidən meyvələri düzün. Tort hazırdır. Soyuducuda bir qədər saxlayandan sonra servis edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

15 Şərh:

  • Anonim
    ika.e · 22 May 08:5200

    Beyendim gözeldi görüntüsüde.asi xanım dediyiniz smetanla olan kremi hazırladım dadlı alındı meyveli tortda.bu reseptde de o kremnen istifade etsek gözel alınar.Bu krem resepti yay üçün agır olar mence

    Cavab yaz
    • Anonim
      asi · 22 May 10:5400

      Salam Ika..Nuş olsun..Kraxmaldansa elə smetan yaxşıdır, kraxmalla olan krem nə olasıdı)).

      Cavab yaz
  • Anonim
    asi · 22 May 09:0000

    Sala.Görünüş əla..

    Cavab yaz
  • Anonim
    ika.e · 22 May 09:0701

    Bir yay resepti paylaşım sizinle: dana etini maşınnan keçirin içine sogan sarıkök duz istiot vurun.badımcanları bir az qalın olmaqla halqavari dograyın soba tavasına bir badımcan bir kotlet ardıcıllıqla düzün.kenarda soganı xırda dograyıb qızardın üzerine pomidor dograyın bişsin daha sonra bunu blendrden keçirin sous halına gelsin badımcanın üzerine gezdirin biberle göyerti dograyıb üzerine sepin.falqa ile üzerini baglayıb 200°-li sobaya verin 40 deq bele bişsin sonra çıxarıb folqanı açın 20 deq üzeri qızarsın yemek hazır nuş olsun

    Cavab yaz
    • Anonim
      insan*** · 23 May 17:5122

      salam. Tortu beyenmedim. Krem ise ne olur olsun ferg etmez, birce shanti olmasin. Hec sevmirem santini. Ika.e sizin resepti gorub sevdiyim bir resepti yazmag istedim. Kufte ucun hazirladigimiz formada eti hazirlayiram, sonra derin ve enli gazanda onlari kotlet formasina salarag yigiram. Daha evvel ise sogani yigiram yarimhalgalar seklinde. Daha sonra kartof,badimcan,biber,sarimsag,pomidor hamisini dograyarag yigiram ust-uste. Bunlari dograyanda kartoflari iki yere bolurem , badimcan ve digerleeini de cox xirdalamiram ki, et bisene geder hem dagilmasinlar, hem de kotletin olcusunw gore uygun olaunlar. Daha sonra lavroviy list,kesnis toxumu,darcin,sarikok,zeferan gatiram (istemeyen gatmasin), elece de suz ve istiot. Uzerinden biraz yag herlendirib, yarim stekan su elave edirem. Ve oz deminde ozu ucun yavas- yavas bisir. Tam hazir olandan sonra kesnis ve suyudu dograyob uzerine elave edirem. Hem doyumlu, hem de yay ehval-ruhiyyeli yemek olur.

      Cavab yaz
      • Anonim
        ika.e · 23 May 18:1800

        Salam İnsan xanım.reeseptinizi götürdüm inşallah hazırlayacam

        Cavab yaz
        • Anonim
          insan*** · 25 May 18:5400

          salam Ika.e , inslh, fikrinizi bildirersiniz:-))

          Cavab yaz
      • Anonim
        asi · 25 May 10:5200

        Salam yenidən)..Milli yenə xəsislik edir, resept vermir...Insan, reseptini gördüm, yazmaq istədim)..Bu yeməyi kotletləri qızatdıb sonra etmisənmi??Onda da dadlı olur..Kotlet kimi hazırlayıb bir az qızardıb (tam yox)sonra dediyin reseptlə hazırlamaq...Birdə kotletdən əlavə tikə ətləri langet formada hazırlayıb yağda qızardıb sonradan bu qayda ilə yığıb bişirməkdə olur)...

        Cavab yaz
        • Anonim
          insan*** · 25 May 18:5300

          salam Asim.Tike etle edirem. Amma kotlet kimi etmemisem, cunki duyu gatiram. Duyusuz edib sinayaram kotlet kimi gizartmagla. Yoxsa duyu ile de olar? sen duyu ile yoxsa onsuz edirsen? men duzunu desem bu formada curbecur edirem, sulu ve ya susuz halda, tike etlw cekilmish etle:-))) duxovkada da edirem. Duxovkada edende duyusuz kotlet kimi yigiram amma ust uste yox, yanbayan..kartof,kotlet, badimcan bu sira ile..digerlerine uzerinden edirem, pomidorinu da hem.dogranmish gatiram, hem de tërkadan kecirilmishini. Bisenden sonra goyerti vurub uzerine bir limon sixiram...

          Cavab yaz
          • Anonim
            asi · 25 May 20:5900

            Düyüsüz edirəm)..Amma düyü ilə başqa cür edirəm, mişonkam çox xoşlayır..Çəkilmiş ətə soğan duz istiot, keşniş toxumu göy birdə bişmiş düyü qatıb yumru kotlet qızardıram..Sonra elə həmin yağda soğan qızardıb üstə pomidor ya tomat qatıb kotletləridə əlavə edib bir az zəif odda bişirirəm..Bir növ podlivka kimi)..Bibər əlavə edəndə də dadlı olur...Düyünü bir az qaynadıb qatanda tez başa gəlir)).Mən dovğa üçündə düyünü əvvəldən yarıbişmiş hazırlayıb qatıram, bişirmə vaxtı yarıya qədər azalır)).

            Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 22 May 14:5700

    Salam Ike.a bacim.Necesen??? Cox darixmiwdim senin ucun.

    Cavab yaz
    • Anonim
      ika.e · 22 May 17:0010

      Salam bacı cann yaxşıyam şükür sen necesen??

      Cavab yaz
  • Anonim
    rena · 24 May 21:5300

    salam Nara necesen?ne var ne yox.can senden xeberim yoxdur.arada vaxt olanda oxuyuram senin serhlerini.bil ki beyenenin biri de menem.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 24 May 23:5104

      Salam Rena bacim.Cox sag ol Allah razi olsun.Yaxwiyam canim.He baci Bawqa sehifelerde olmuram herden burda yaziram hemiwe Hava sehifesinde oluram.Sen necesen?Mende seni gore bilmirem.Ama And olsun Allaha fikrimdesen.Gecen xeyre qalsin canim.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.