Kulinariya

"Qaraqum"

30 Yanvar 2016 07:00
20 Şərh     Baxış: 16 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qaraqum" piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

200 q marqarin 
1 st. şəkər tozu
1 st. un 
1 yumurta
0,5 ç.q. soda
1 çimdik duz
mürəbbə 

Yumurtanı şəkər tozu ilə qarışdırın.

Yağı əridin, yumurta və şəkər tozu qarışığına əlavə edin. Un, soda, duz qatıb qarışdırın. Xəmir çox elastik alınır. 

Xəmirin 1/4-ni dondurucuya qoyun. Qalanını əlinizlə siniyə bərabər qaydada yayın (nazik qat). Üzərinə sevdiyiniz mürəbbəni çəkin. 

Soyuducudakı xəmiri çıxarın, sürtgəcin iri gözündən piroqun üzərinə keçirin. 

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri azca qızaranadək bişirin. 
 
Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.