Ermənistan-Azərbaycan münaqişəsi

Rüstəm Muradov ölümlə hədələnir - erməni KİV-ləri yazır

10 Aprel 2021 12:21
Baxış: 2 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu ölümlə hədələyib.

Milli.Az virtualorg.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qeyd edilir ki, Poqosyan Muradova səslənərək "Mənim əsgərlərimin qanı ilə oynadığın üçün sən öz həyatınla cavab verəcəksən, əqrəb kimi öləcəksiniz", - deyib.

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsrilər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı. Bu məsələyə reaksiya verən Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatda ittiham edib.

"Erməni hərbi əsirlərin Bakıdan gətiriləcəyi barədə xəbərlər təxribat idi",- deyən rusiyalı general bildirib ki, "əsirlərin" qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi.

Milli.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.