Ermənistan-Azərbaycan münaqişəsi

Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov

18 Yanvar 2021 14:55
Baxış: 1 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikirləri mövcud deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O vurğulayıb ki, Qarabağın "müstəqilliyi" heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmayıb:

"Bu regionun bütün məsələləri burada yerləşən ölkələrin özləri, ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll olunmalıdır. Rusiya bundan sonra regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək qərarların qəbul edilməsi üçün Azərbaycana və Ermənistana kömək göstərməkdə davam edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.