Ermənistan-Azərbaycan münaqişəsi

Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli cavabını alacaq - Hərbi ekspert

29 Oktyabr 2020 12:21
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq bir aydan çoxdur ki, Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında istər şimal, istərsə də cənub istiqamətlərində əks-hücum əməliyyatları nəticəsində nailiyyətlər əldə edib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib.

O bildirib ki, ordumuz düşmənin dərinliklərində əməliyyatlar aparmaqdadır: "Artıq cənub istiqamətində dövlət sərhədimiz bərpa olunub. Ali Baş Komandanımız dediyi kimi, Silahlı Qüvvələrimiz düşmən tapdağı altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və bütün sərhədlərmizi bərpa edəcəyik. Azərbayan Ordusunun nailiyyətləri düşməni çarəsiz vəziyyətə salıb. Düşmən artıq son nəfəsini verməkdədir. Onlar artıq bir sıra yaşayış məntəqələrimizə uzaqvuran raket artilleriyasından istifadə edərək xaincəsinə atəş zərbələri endirir. Düşmən bilərəkdən döyüşlə heç bir əlaqəsi olmayan əhaliyə zərər vurmaqla hərbi cinayətlər törədir."

Ekspert bildirib ki, Bərdə şəhərində törədilən hadisə növbəti vəhşilik və qətliamdır: "Dünya buna səssiz qalmamalı, ikili yanaşmalar olmamalıdır. Halbuki düşmən bir sıra saxta məlumatlarla bizim sivil əhaliyə zərər vurduğumuzu yayaraq dünyanı öz yalanlarına inandırmağa çalışır. Azərbaycan Silahlı Qüvvələri bu gün nəinki əks-hücum əməliyyatları aparır, eyni zamanda bu cür xain düşmən qarşısında sülhə məcburetmə əməliyyatları çərçivəsində öz torpaqlarında sülhü bərqərar etmək məqsədi ilə yalnız hərbi obyektləri zərərsizləşdirir. Azərbaycan Silahlı Qüvvələri bu gün bu çətin missiyanın fərqindədir və bu istiqamətdə yüksək texnoloji vasitələrin tətbiqi ilə düşmənə məxsus hərbi obyektləri peşəkarcasına məhv edir".

R.İmanquliyev deyib ki, bu gün düşmənin Bərdə, Gəncə, Yevlax, Mingəçevir, Xızı kimi döyüş mövqeyindən kənarda olan ərazilərdə törətdiyi təxribatlar heç bir şəkildə cavabsız qalmayacaq: "Ermənistan silahlı qüvvələri daxil olmaqla bu gün onlara bu istiqamətdə tapşırıq verən Ermənistan siyasi rəhbərliyi də mütləq layiqli cavabını alacaq. Azərbaycan Silahlı Qüvvələri bu istiqamətdə iradəsini göstərəcək və torpaqlarımızı tam olaraq işğaldan azad edəcək. Biz 30 il bu günü gözləmişik. Bu gün Ali Baş Komandanımızın düzgün siyasəti sayəsində müzəffər ordumuza tarixi ləkəni öz üzərimizdən silmək üçün qisas imkanı verilib. Biz düşmənin törətdiyi təxribatlardan çəkinməməli, əksinə tək yumruq olaraq daha da qətiyyətlə düşməni doğma torpaqlarımızdan birdəfəlik təmizləməli və dövlət sərhədimizi bərpa etməliyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.