Ermənistan-Azərbaycan münaqişəsi

Dünən Bərdədə yaralanan daha 1 qadın vəfat etdi

28 Oktyabr 2020 17:32
Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün ermənilərin Bərdəyə atdığı raket nəticəsində yaralanan daha bir şəxs vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın 27 oktyabrda şəhərdə törətdiyi təxribat nəticəsində ağır yaralanan Əliyeva Almaz Salah qızı bu gün keçinib. 1961-ci il təvəllüdlü qadın xəstəxanada müalicə alırdı.

Xatırladaq ki, ermənilərin dünən Bərdəni vurması nəticəsində 4 nəfər həlak olmuşdu, 13 nəfər isə yaralanmışdı.

Bu gün növbəti dəfə şəhərə atılan raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-i yaralanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.