Dağlıq Qarabağ münaqişəsi

Karasikdən Qarabağ açıqlaması - Vaxtdır!

18 Aprel 2019 18:34
2 Şərh     Baxış: 893

Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid var.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin mütəxəssisi, doktor Teodor Karasik rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hazırda münaqişənin həllinə nail olmaq üçün bir çox şans var:

"Uzun müddətdir ki, davam edən bu tarixi və emosional mübarizə hər iki tərəfin resurslarını tükədir, gələcəyə köklənməsinə imkan vermir. Əlbəttə, demək asandır, amma bütün yaşanan dəhşətləri unutmaq çətindir. Sülhü qəbul etmək istəməyən, üzülən insanlar da olacaq. Amma artıq zamanıdır".

Rəsmi Vaşinqtonun marağını şərh edən politoloq Rusiya və ABŞ-ın bu məsələdə olduqca aktiv olacağını da vurğulayıb:

"Rusiya və ABŞ artıq bu münaqişənin hansı bir şəkildə, hansı şərtlərlə olur-olsun, həllində maraqlıdırlar".

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    MEHMAN QAZAXLI · 18 Aprel 18:4120

    REGİON ÖLKƏLƏRİ ÜCÜN BİR BƏLAYA --SÜLHƏ --ƏMİNƏMANLIĞA BİR LƏKƏDİR QARABAĞ PROBLEMİ. ERMƏNİSTAN YERİNƏ OTURMALIDIR İŞĞALDAN ƏL CƏKMƏLİDİR.RUSİYA PROBLEMİN HƏLLİNDƏ--HƏLLEDİCİ VƏ QƏTİ ADDIMLAR ATMALIDIR.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 18 Aprel 18:5620

    Eceb hell etmek isteyirler.Cumleye baxin.Rusiya və ABŞ artıq bu münaqişənin hansı bir şəkildə, hansı şərtlərlə olur-olsun, həllində maraqlıdırlar.Nece olursa olsun.Ancaq hell olsun.Bu cox pisdi.Azerbaycanin erazi butovluyu yada dusmur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.