Ermənistan-Azərbaycan münaqişəsi

"Ermənilər artıq Qarabağ üçün ölmək istəmirlər"

19 Mart 2019 16:31
2 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başabəla, avantürist, şovinizm xəstəliyinə yoluxmuş erməni siyasətçilərinin, Ermənistan rəhbərlərinin apardıqları antiinsani, antibəşər, antixalq siyasəti artıq sadə ermənilərin özlərini də bezdirib, usandırıb.

Artıq xalq  xəstə təfəkkürlü erməni siyasətçilərinin və Ermənistan rəhbərlərinin insanlıq, bəşəriyyət, eləcə də, öz xalqları əleyhinə yönəlmiş siyasətlərindən cana doyublar. Son illər, xüsusilə də axır aylar, 2018-ci ilin məlum aprel hadisələri, hakimiyyət çevrilişi bunu bir daha əyani sübut etdi ki, sıravi və sadə ermənilər kimə güvənəcəklərini, etibar edəcəklərini artıq ayırd edə bilmirlər.

Çünki hər dəfə verilən vədlərin populizmdən, saxtalıqdan, yalandan, avantüradan başqa bir şey olmadığını görür, xəyal qırıqlığına uğrayırlar.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

O qeyd edib ki, hətta illərdir əldən-ələ keçməklə, əzilib, cırılmış "Qarabağ kartı" da işə yaramır, insanlarda ruh, əhval-ruhiyyə yaratmır. 

Onun sözlərinə görə, yəni Ermənistan vətəndaşları Qarabağla verilən vədlərin yalan, illüziya olduğunun tam fərqindədirlər. 

"Sadə və sıravi ermənilər artıq anlayırlar ki, Qarabağ heç zaman onların olmayıb, olmayacaq, Azərbaycan bütün məsələlərdə və sahələrdə güclü, qüdrətli, nüfuzlu, sözü, çəkisi ilə hesablaşılan bir ölkə olaraq, nə erməni siyasətbazlarına, nə avantürist Ermənistan liderlərinə, nə  Ermənistanın havadarlarına,  nə də "odlu-alovlu" bəyanatları ilə bir müddət erməni xalqının rəğbətini qazanan, ancaq gündən-günə nüfuzunu, mövqelərini itirən Paşinyan və onun komandasına bu sevinci daddırmayacaq, onların arzularının çin olmasına imkan verməyəcək.

Onlar Qarabağı ən yaxşı halda ancaq və ancaq yuxularında, xəyallarında görəcəklər.

Ərazilərinin hələ də 20 faizi düşmən-erməni tapdağında olmasına baxmayaraq, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq.

Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, öz suveren hüquqlarından və beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, öz ərazi bütövlüyünü, suverenliyini təmin edəcək, qana susamış erməni cəlladlarını birdəfəlik silib, süpürüb tarixin zibilliyinə atacaq.

Artıq sadə və sıravi ermənilər bunun fərqindədir. Ona görə də ermənilər, erməni anaları və ataları öz övladlarının boş-boşuna Qarabağ münaqişəsinin qurbanına çevrilməsini, üstlərinə qara tabutların gələməsini istəmirlər.

Onlar hər vəchlə öz övladlarını Qarabağda xidmətdən etməkdən və orada vuruşmaqdan yayındırmağa cəhd edirlər. Orduda baş verən fərariliklər, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş qaldıran etirazlar, sonu görünməyən intiharlar vəziyyətin neçə gərgin, kritik olmasının əyani sübutudur.

Kimsə artıq Qarabağ üçün boş yerə canını fəda etmək istəmir. Hesab edirəm ki, yaxın dönəmlərdə bu cür hallar, etirazlar daha kütləvi və qarşısıalınmaz bir xrakter alacaq. Bu gün etiraz edənlər sabah daha aqressiv, daha radikal olacaqlar.

Bunu xəstə təfəkkürlü, illərdir, əsrlərdir insanların beyinlərini zəhərləməklə məşğul erməni  siyasətçilər, dövlət rəhbərləri də anlasalar, bir o qədər onlar üçün yaxşı olar.

Anlamasalar, həm özləri, həm də arxaları ilə süründürkləri xalqları daha böyük fəlakətlərlə qarşılaşacaqlar, növbəti aprellər, növbəti cünnütlər yaşayacaqlar ...". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.