Dağlıq Qarabağ münaqişəsi

Ordumuzun mövqeləri atəşə tutuldu - Cəbhədən XƏBƏR VAR

10 Mart 2019 09:51
Baxış: 576

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.