Ermənistan-Azərbaycan münaqişəsi

ABŞ Paşinyanı sıxışdırır: Seçkidən sonra 7 rayon...

10 Noyabr 2018 17:44
1 Şərh     Baxış: 2 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

"Paşinyan açıq şəkildə Ermənistanda demokratiya pərdəsi altında millətçiliyi təbliğ edir, Azərbaycana münasibətdə, xüsusən də Dağlıq Qarabağla bağlı danışıqlar prosesində ifrat qeyri-konstruktiv mövqe tutur. Onun bu dəyişkən mövqeyi danışıqlar prosesinə vasitəçilik edən Minsk Qrupunu, eləcə də ATƏT-i ciddi surətdə düşündürür. Çünki Paşinyan Serj Sərkisyan dövründə əldə edilmiş bir sıra kompromislərdən vaz keçməyə çalışır. Ancaq ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir. Hətta Rusiya da təxminən eyni mövqedə dayanıb", - politoloq bildirib.

Politoloq son zamanlar bir sıra ölkələrin ərazi bütövlüyümüzü dəstəkləməsini beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyinə kəskin dönüş kimi səciyyələndirib:

"Paşinyan bu qədər güclü ictimai rəyin qarşısında səfeh iddialarını çətin ki, sonuna qədər həyata keçirə bilsin. Hesab edirəm ki, Ermənistanda parlament seçkilərindən sonra kompromisin əldə olunması istiqamətində Paşinyana qarşı təzyiqlər daha da artacaq. Ciddi böhran içərisində olan Ermənistanın bu təzyiqlərə tab gətirə biləcəyini düşünmürəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.