Ermənistan-Azərbaycan münaqişəsi

"Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər" - Rusiya XİN

12 İyul 2018 18:25
Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb.

Milli.Az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı Trend-in sualını cavablandırarkən deyib:

O bildirib: "2016-cı ildə Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında vəziyyətin sabitləşməsinə və sülh prosesinin irəliləməsinə xidmət edən mühitin yaradılmasına yönəlmiş addımları müzakirə ediblər. Bu məqsədlə onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəldilər. Bu mövzu tərəflərin növbəti görüşləri zamanı, o cümlədən bu ilin əvvəli Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı müzakirə olunub və əlavə müşahidəçilərin sayı, onların yerləşdiriləcəyi mövqe, eləcə də digər əlaqədar məsələlər üzrə prinsipial anlaşma əldə olunub. Amma tərəflər yekun qərarı hələ də qəbul etməyiblər".

M.Zaxarova qeyd edib ki, yaxın zamanlarda nazirlərin birinci məşvərəti keçiriləcək:

"Daha sonra ümid edirik ki, tərəflərin bir çox sualları, o cümlədən müşahidəçilər məsələsini müzakirə edə biləcəkləri görüşlər keçiriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.