Ermənistan-Azərbaycan münaqişəsi

Cəbhə xəttində hərbi texnika cəmləşdirilir? - Nazirlikdən AÇIQLAMA

23 Aprel 2018 18:34
0 Şərh     Baxış: 2 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin bəyanatında qeyd olunur: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir".

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.