Ermənistan-Azərbaycan münaqişəsi

Ermənilərin yaraladığı azərbaycanlının bədənindən qəlpəni götürmək mümkün olmayıb - YENİLƏNİB - FOTO

18 Aprel 2018 18:19
8 Şərh     Baxış: 3 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:19

Ermənilərin odlu silahla yaraladığı 27 yaşlı Rahim Hacıyevin bel nahiyəsində olan qəlpəni götürmək mümkün olmayıb. 

Milli.Az  bildirir ki, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Cərahiyyə Şöbəsinin müdiri Vaqif Bağırov APA-ya açıqlamasında bildirib ki, qəlpənin olduğu yerdə  əməliyyat aparılması həyatı təhlükə daşıdığı üçün onu xaric etmək mümkün olmayıb.

"Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev xəstəxanaya döş qəfəsinin sağ yan səthindən daxilə sirayət edən odlu silah yaralanması ilə gətirilib. Vəziyyəti ağır idi, arterial təzyiqi aşağı, şok vəziyyətdə idi. Təcilli müayinəyə aparıldı, döş boşluğunda çoxlu miqdarda qan olması, ağ ciyərin zədələnməsi aşkar edildi. Rentgen müayinəsi zamanı güllə yarasının 12-ci döş fəqərəsi ilə 1-ci fəqərə arasında diskə yaxın olduğu müəyyən edildi. Təcili qaydada əməliyyata götürüldü. Döş boşluğunda olan 300 ml qram qan götürüldü və sağ ağ ciyərin deşilmiş yeri tikilərək bərpa edildi. Xəstənin döş boşluğu drenaj edildi. Hal-hazırda xəstə süni tənəffüs aparatından ayrılıb reanimasiya palatasına köçürülüb, vəziyyəti ağırdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, R. Hacıyev bu gün saat 13:30 radələrində əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

---------

15:57

Erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, nəticədə rayonun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.