Dağlıq Qarabağ münaqişəsi

Cəbhədə son VƏZİYYƏT

20 Mart 2017 10:02
8 Şərh     Baxış: 3 786

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub.
 
Milli.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqepar, Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Mərzili, Nəmirli, Şıxlar, Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Rüstəmova · 20 Mart 10:0970

    Əsgər və zabitlərimiz!Novruz bayramınız mübarək olsun.Sağ salamat evinizə qayıdasız İnşallah.

    Cavab yaz
  • Anonim
    asi · 20 Mart 10:1860

    Ordumuzun bütün heyyətinin Novruz bayramı mübarək olsun..Onların sayəsində Qarabağda qeyd edək növbəti illərdə Novruzu..

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 20 Mart 10:5460

    En boyuk tebrik sizlere dusur, yaxinlarinizdan uzaqda Bayraminiz mubarek olsun Gelen bayramlarinizi evlerinizde qeyd edersiz Insallah

    Cavab yaz
  • Anonim
    melek b · 20 Mart 12:2850

    Allah esgerlerimizi qorusun.AMIN

    Cavab yaz
  • Anonim
    deniz · 20 Mart 16:5630

    Bayraminiz mubarek igid esgerlerimiz.İnwallah sag salamt qayidasiz evnize ailenizle birge keciresiz nece bele bayramlara.Allaha emanet olun İgidler.

    Cavab yaz
  • Anonim
    İko · 20 Mart 18:4830

    Allah esgerlerimizi qorusun

    Cavab yaz
  • Anonim
    Oruc · 20 Mart 19:2721

    Mən müdafiə nazirimiz Zakir Həsənovun bayramini təbrik edirəm dünyanin ən güclü müdafiə naziridir bizim nazir

    Cavab yaz
  • Anonim
    Araz · 20 Mart 20:2331

    Butun milletimi,birinci novbede herbicilerimizi novruz bayrami munasibetile tebrik edirem uzag Russiyadan.gun o gun olsun bu bayrami Susada,Xankendinde,Tebrizde,Zengezurda,Borcalida -Azerbaycan bayragi altinda geyd edak.Bu bayram manim Azeri xalgima duserli olsun!hemise sevinc getirsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.