İran

Qarabağın bərpasında İran şirkətləri iştirak edirmi?

29 Oktyabr 2021 12:40
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra xarici şirkətlər iştirak edir. Bölgələrin minalardan təmizlənməsi, infrastrukturun və kommunikasiyaların qurulmasında İran şirkətləri də iştirak edirmi?

Milli.Az xəbər verir ki, yenisaabah.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, Azərbaycanda hazırda müxtəlif ölkələrin, daha çox isə Türkiyənin şirkətləri fəaliyyət göstərir:

"İran şirkətləri hələ ki fəaliyyətə başlamayıb, amma onların da müraciətləri var. Hansı münasib olacaqsa, Azərbaycan dövləti ona müsbət reaksiya verəcək. 

İqtisadçının sözlərinə görə, Qarabağda fəaliyyət tenderlə həll olunur və tenderdə iştirak üçün heç kim İran şirkətlərinə ögey münasibət bəsləməyib: 

"Bu gün Azərbaycanda Qarabağın bərpası istiqamətində aparılan tenderlərdə bütün beynəlxalq şirkətlərin iştirakı açıqdır. Amma o tenderdə 20, 50, 100 şirkət iştirak edirsə, onun biri, ikisi qalib gəlir".

Akif Nəsirli hesab edir ki, əsas məsələ Qarabağa investisiya cəlb etməkdir:

"Qarabağın bərpasında xarici investisiyaların cəlb edilməsinə gəlincə, bu haqda danışmaq hələ tezdir. Bütün işlər Azərbaycan dövlətinin büdcəsi hesabına aparılır. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın bu bölgəsinə xarici şirkətlər sərmaye qoymaq üçün maraq göstərəcək və onda imkanlar daha geniş olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.