İran

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” - İran rəsmisindən şok sözlər

19 Aprel 2019 19:24
3 Şərh     Baxış: 1 112

İranın Xomeyni İmdad Komitəsinin rəhbəri Pərviz Fəttah ölkə rəhbərliyindən Avropa İttifaqının İranda sel fəsadlarının aradan qaldırılması üçün ayırdığı köməyi qəbul etməməyi istəyib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, Avropa İttifaqını obyektiv olmamaqda ittiham edib.

Pərviz Fəttah Avropa İttifaqının məşhur amerikalı aktrisa Ancelina Coliyə İrandan çox pul ayırdığını bildirib.

O, Ancelina Colini "rəqqasə" adlandırıb:

"Avropa İttifaqı rəqqasə olan Ancelina Coliyə 40 milyon avro kömək etdiyi təqdirdə, İrana az kömək edib. Xarici İşlər Nazirliyi gərək bu məbləği onların başına vurardı".

Qeyd edək ki, İranda baş vermiş sel nəticəsində 76 nəfər ölüb, mindən çox insan yaralanıb. Ölkəyə milyardlarla dollar həcmində zərər dəyib.

Avropa İttifaqı selin fəsadlarının aradan qaldırılması üçün İrana 1.5 milyon avro yardım ayırıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Mamlyuk · 19 Aprel 19:3001

    Bunun harası şokdur?

    Cavab yaz
  • Anonim
    Ismail · 19 Aprel 19:4522

    South Azerbaijan is not iran

    Cavab yaz
  • Anonim
    Rasim · 19 Aprel 19:5513

    Nashukur fars. Bes hechne vermeseydiler?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.