İran

Azərbaycanlı qadın İranda 3 nəfəri xilas etdi

10 Aprel 2019 17:48
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Azərbaycanın Bukan şəhərində beyin ölümü keçirən 46 yaşlı bir qadının orqanları ehtiyacı olan üç xəstəyə köçürülüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, beyninə qan sızmasına görə Urmiyanın Xomeyni xəstəxanasına yerləşdirilən qadının orqanları ailəsinin icazəsi ilə xəstələrə bağışlanıb.

Məlumata görə, mərhumun iki böyrəyi Urmiya şəhərində iki xəstəyə köçürülüb, qara ciyəri isə Şiraz xəstəxanasına göndərilib.

Qeyd edək ki, İranda orqan bağışlanması beyin ölümü gerçəkləşən xəstələrin ailəsinin razılığı əsasında həyata keçirilir. Güney Azərbaycan əyalətlərində orqan bağışlama faktlarına tez-tez rast gəlinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.