İran

İranda azərbaycanlı tələbəyə qarşı ağlasığmaz təhdid

28 Fevral 2019 20:49
0 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk dili və ədəbiyyatı ixtisasının İranın Marağa Universitetində yaradılması üçün imza toplayan güneyli tələbə Salar Sərkəşi təhdid edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, S.Sərkəşi universitetin təhlükəsizlik bölümü tərəfindən təhdid edildiyini və tələbə biletinin əlindən alındığını bildirib.

Tələbənin sözlərinə görə, təhlükəsizlik bölümü ona universitetə gəlməyi qadağan edib:

"Məni universitetə buraxmadılar. Bildirdilər ki, universiteti tərk etməliyəm. İmza toplayan digər tələbələrə, o cümlədən bir neçə qız tələbəyə də universitetin təhlükəsizlik bölümü tərəfindən təzyiq edilib".

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı digər yerli dillərin tədris olunması sərbəstdir. Lakin bu maddə 40 ildir ki, rəsmi Tehran tərəfindən icra olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.