İran

Azərbaycan dəmir yolunun Parsabada birləşdirilməsi gündəmdədir

5 Fevral 2019 14:14
0 Şərh     Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın dəmir yolunun İranın Ərdəbil vilayəti Parsabad rayonuna (Şəhristan) birləşdirilməsi istiqamətində Azərbaycan rəsmiləri ilə razılığa gəlinib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın şimal-şərqində yerləşən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, Azərbaycan dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün təxminən 500 hektar ərazi ayrılması nəzərdə tutulub.

Ərdəbil-Parsabad dəmir yolunun çəkilməsi üzrə araşdırmaların 7 ay davam edəcəyini deyən vali qeyd edib ki, vəsaitin təmin olunması üçün lazımi addımlar atılıb və Ərdəbil-Parsabad dəmir yolu layihəsinin 4-5 il ərzində çəkilməsinə səy göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.