İran

Aİ sanksiyalara məruz qalmış İranla əməkdaşlığın dəstəklənməsi barədə

14 Noyabr 2018 16:08
Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) İranda işləyən şirkətlər üçün ABŞ sanksiyalarının nəticələrini minimuma endirmək üzərində işləyir.

Milli.Az xəbər verir ki. bu barədə Trend-ə Aİ-dən deyiblər.

Məlumatda qeyd olunur ki, Aİ əvvəlki kimi İranla əldə olunmuş nüvə sazişinə sadiqdir, beynəlxalq sazişlərə və beynəlxalq təhlükəsizlik prinsiplərinə hörmət əlaməti olaraq İrandan da bununla bağlı konstruktiv addımlar gözləyir:

"Sazişin qorunması üçün Aİ konkret tədbirləri davam etdirir. Biz İranda qanuni bizneslərini davam etdirmək niyyətində olan şirkətlər üçün sanksiyaların nəticələrinin minimuma endirilməsi üzərində işləyirik".

Bundan başqa, Aİ-dən bildiriblər ki, üzv ölkələrlə və digər tərəfdaşlarla birgə Aİ İranla iqtisadiyyatın əsas sektorlarında, xüsusilə də bank, maliyyə, ticarət, investisiya, neft və nəqliyyat sahələrində əməkdaşlığın dəstəklənməsi üçün addımlar atır:

"Avqustun 23-də Avropa Komissiyası İrana 18 milyon avro həcmində dəstək paketini təsdiq edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.