İran

Tehran metrosunda şok: Qız başını açıb, axunda... - VİDEO

14 Sentyabr 2018 16:59
73 Şərh     Baxış: 5 639

Tehran metrosunda gənc bir qadın baş örtüyünü açaraq, axunda etiraz edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, qatarın gəlməsini gözləyən qız yanında oturan bir axunddan və qara çarşablı qadından çəkinmədən baş örtüyünü açıb. Bundan sonra axundun və qara çarşablı qadının etirazı ilə qarşılaşıb. Onlar həmin xanıma yaxınlaşaraq, hədə-qorxu gəldikdən sonra hicabını geyinməsini tələb ediblər. Baş örtüyünü açmış qadın üzünü axunda tutaraq, onu və ölkəni bərbad günə qoyan digər ruhaniləri kəskin tənqid edib.

İstədiyi kimi geyinmə haqqı olduğunu, heç kimin onun necə geyinəcəyinə diktə edə bilməyəcəyini dilə gətirən qız, digər sərnişinlər tərəfindən də dəstəklənib.

Onun tutulub-tutulmaması ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına cari ilin əvvəllərində start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:
Tehran metrosunda şok: Qız başını açıb, axunda...

Milli.Az

loading...

Şərh yaz:

73 Şərh:

  • Anonim
    ALEKS❤ · 14 Sentyabr 17:0711123

    Hicab qadının yaraşığı isməti gözəlliyidi....hicablıya da baxın qiymət verin....hicabsıza da orasını burasını çılpaqlığı ilə millətə göstərənlərə də....kim məni qınayır qlnasın mən ALLAHIMIZIN da xoşuna gedən hicabda bir gözəllik əsl qadınlıq qızlıq görürəm.bu kadrdakı da hansısa psixozun hərəkətidi...özü də təmiz müsəlman qadınına oxşamadı.

    Cavab yaz
    • Anonim
      Əsranur · 14 Sentyabr 19:422382

      Salam,Alex.Mən hicab bağlamamışam,bağlamaram da.Heç bir hicablını da özümdən yüksək,təmiz bilmirəm.Əgər geyimim çox açıq deyilsə,qolları dirsəkdən paltar geyinirəmsə,hicablıya niyə baxmalıyam??Hicab mənim fikrimcə azadlığın məhdudlaşdırılmasıdır.Hicabı uzun müddət taxanların başında nə saç qalır,nə də üzlərində rəng.Çünki,yeri-göyü yaradan Allah Günəşi də ancaq kişilər üçün yaratmayıblar.İranda hicab taxılırsa da,əxlaqsızlıqdan öldürülənlər də az deyil.Deməkki,hicab əxlaq deyil.O gün təcavüzdən qaçıb,özünü pəncərədən atan qadın hicablı deyil.Adamın özündən asılıdır.Kimisinin hicabda rahat etdiyi hərəkəti,kimisi hicabsız da etmir.Sadəcə,edə bilmir.Səni də qınamıram.Hərənin bir düşüncəsi var.

      Cavab yaz
    • Anonim
      Əsranur · 14 Sentyabr 20:262378

      Bəqərə Surəsi,256 cı ayə...Diyanet İşleri: Dinde zorlama yoktur. Çünkü doğruluk sapıklıktan iyice ayrılmıştır. O hâlde, kim tâğûtu tanımayıp Allah’a inanırsa, kopmak bilmeyen sapasağlam bir kulpa yapışmıştır. Allah, hakkıyla işitendir, hakkıyla bilendir.Buna fikrin maraqlıdır,Alex.

      Cavab yaz
      • Anonim
        orbet. · 14 Sentyabr 22:27652

        Dində zorlama yoxdur o deməkdir kiməsə dinə inanmağa insan zor tətbiq edə bilməz. Amma bu ayə insanın Allah qarşısında öhdəliklərindən əmrlərindən inamından əməlindən insanı azad etmir. Allah insana nəfs də verib şüur da .İnsana seçim üçün də iradə verilib. Pisliyin də yaxşılığın da qarşısı alınmır bu həyatda icazə verilir. Verilməsəydi imtahanın dünyanın yaradılmasının mənası olmaz idi. Pislik olmasa yaxşılıq bilinməz. Din vasitəsilə xəbardarlıqlar edilir. Allah senarini yazar amma rolların seçilməsini isə insana həvalə edər.

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 Sentyabr 23:16351

          Orbet,bir dini fikirli şərhlərini anlamaqda çətinlik edirəm.Qalan şərhlərinlə çox vaxt razılaşıram.Deyirsən :Dinə inanmağa zor yoxdur...Bəs niyə örtünməkdə zor var?Kifayət qədər savadlı gəncsən.Nə əcəb o kitabdakıların çoxunun o dövrə aid olduğunu qəbul etmirsən?

          Cavab yaz
          • Anonim
            orbet. · 14 Sentyabr 23:51440

            Diqqətlə oxu, dinə inanmaqda kimisə yəni insan başqa bir insana güc tətbiq etməklə inanmalısan yoxsa öldürəcəm tutacam deyə bilməz. Amma təbliğat mütləqdir islam dini mühiti yaratmaq vacibdir əslində cihad da elə budur. Allahın əmrləri isə insana vacibdir. Quranda keçmiş xatırtlatmalar bu günlə də insanın xilqətində baş verə biləcək hadisələrlə uyğunlaşır.

            Cavab yaz
      • Anonim
        Əsranura · 14 Sentyabr 22:49512

        Axşamın xeyir.bağışla yenicə gəlmişəm,namazımı da yorğun halda qılıb şərhinə indi baxıram.bir söz deyim:nə qədər yorğun olsamda sizə dəyər verdiyim üçün,sıradan bir şərhçi olduğunuz üçün qısa da olsa cavab yazıram.başqa şərhçi olsaydı bu qədər səmimi cavab yazmazdım.qısası:şərhinizi bəyənirəm.hər kəsin öz dünyagörüşü var.Müqəddəs kitabdan gətirdiyiniz sitat "Bəqərə"surəsinin bir ayəsidi."Ayətül Kürsü"nün bir hissəsidi.əzbər bildiyim ayələrdi.mümkün olsa Müqəddəs kitabımızı öz azəri dilimizdə oxu.özüdə "Əl Quranil Kərim".qalın kitabdı.çalış əldə et.minnətdar olarsan....bağışla yorğunam gözlər yumulur.səmimi qəbul et.sayğılarla ALEKS@

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 Sentyabr 23:12312

          Təşəkkür edirəm,Alex.Quranla mənim böyük oğlum maraqlanır.Amma,qatı dindar deyil.O hər şeyə bir az fəlsəfi yanaşır.Amma,Quranı oxumaq fikrim var.Çox sağ ol məsləhət üçün.Bir də təşəkkürlər.

          Cavab yaz
    • Anonim
      Afa (yeraz) · 14 Sentyabr 22:19549

      Hicab qadının isməti deyil. Qadının isməti onun əxlaqı, abrı və həyasıdı. Hicablı qadın ağzından elə söz çıxarar ki, məəttəl qalarsan. Hicabsız qadın elə hərəkət edər ki, onun namusuna şübhə etdiyinə görə xəcalət çəkərsən. Qadınların əxlaqı başlarındakı örtüyə görə müəyyənləşmir.

      Cavab yaz
    • Anonim
      Vvvv · 15 Sentyabr 10:41174

      Azərbaycanı da bu iranın gününə salmağa çalışan qulbeçələr var. İran islam dövlətləri arasında cinsi azlıqların ən çox olduğu ölkədir. İran pornosaytlara ən çox sorğu verən islam ölkəsidir. İran ıran deyənlər Tehran və Şirazda axşamlar körpülərin altında açıq orqiyalara gedib baxsınlar.

      Cavab yaz
  • Anonim
    Faiq · 14 Sentyabr 17:091155

    bizim debillər isə "hicab namusdur" deyib özlərini dağıdırlar

    Cavab yaz
    • Anonim
      Vvvv · 15 Sentyabr 10:43151

      Onlar namusu ancaq dəsmalda görürlər. Belə deyənlər anaları başı açıqdır deyə ona sataşılmasına haqq qazandıranlardır. Elə özləri də elədir

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 14 Sentyabr 17:282911

    Duz deyirler qadinin dusmeni qadindi Destekleyen kisiler idi, sabah ne var ne var bas baglamadigi ucun hebs olunanda da bele destek olacaqlarmi

    Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 17:3561

    Hanı ruhani

    Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 17:446112

    Qadına hicab geyinmək çox yaxşıdır.Qadın öz evində hicabı aça bilər.əgər qadının evində heç kim yoxdursa onda aça bilər hicabını.birdən qapı döyülsə qadın tez hicabını geyinməlidir.qadın ərinin icazəsi olmadan evinə heç kimi buraxmamalı.hicab qadını qoruyur.Allah bütün iman gətirən bacıları qorusun

    Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Sentyabr 17:591152

      Hicab qadını qoruyur nə deməkdir? Hicabsızları öldurmək lazımdır? Mən tələbəyəm və hicab taxan xanımlara cox hörmətim var Bu onların secimi.Mən hicablı olmasam da acıq sacıq geyimləri və bu geyimləri geyinənləri xoşlamıram. Bir də onu demək istəyirəm hicab qadını qoruya bilməz! Qadını da kişini də ALLAH QORUYUR!!!

      Cavab yaz
      • Anonim
        Afa (yeraz) · 14 Sentyabr 18:091557

        Qadını hicab qorumur. Özünün əxlaqı, namusu, vicdanı qoruyur. İnsanlara geyim azadlığı verilməlidi. Guya hicab taxmayanlar özlərini çöldə qoyub? İİR - sı islam dinini bu cür gic - gic adətlərlə mahiyyətini məhdudlaşdırıb.

        Cavab yaz
      • Anonim
        Sumqayıt · 14 Sentyabr 18:15569

        Hicab qadını qoruyur.sən bunu amma bilmirsən.Qadın hicab geyib onların öz işidir.onlar səndən təmizdir

        Cavab yaz
        • Anonim
          Aer · 14 Sentyabr 20:19848

          Hicab geyinib axlaqsizliq edənlər az deyil. Onlar heç kəsdən artıq deyil..

          Cavab yaz
    • Anonim
      Şems* · 14 Sentyabr 19:15352

      17:44-e. Amin !

      Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 17:49377

    Allahı çox zikr edən və ondan çox qorxan qadınlar üçün böyük bir mükafat vardır

    Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Sentyabr 18:191166

      Başı acıq qadınlar qızlar bəyəm Allah zikr etmirlər? İnanın elə başı acıq xanımlar var ki bəzi hicablılardan min kərə imanlı və ismətlidirlər!

      Cavab yaz
      • Anonim
        Afa (yeraz) · 14 Sentyabr 18:531060

        Elə də mükafat, mükafat deyirlər ki, guya bir neçə dəfə o dünyada mükafatların alıb gəliblər. Mən demirəm ki, qadınlar çılpaq gəzməlidi - xeyr. Sadəcə seçim azadlığı verilməlidi. İranın bu qanunları kimə lazımdı, gün axşamacan narkotik daşıyırlar. Bəs hardadı islam dininə hörmət? Niyə ancaq islam dininin şərtləri ancaq qadınlara aid olmalıdı?

        Cavab yaz
      • Anonim
        Sumqayıt · 14 Sentyabr 19:09569

        Mən açıq saç olan qadınları demədim ki.mən iman gətirən bacıları deyirəm.Qiyamət günündə insanlardan ilk soruşulacağı əməl namazdır

        Cavab yaz
    • Anonim
      Sumqayıtlıya · 15 Sentyabr 10:48249

      O bacıların beyni boşdur. Məktəbdə oxuyub bir gözəl sənət sahibi olmayıb başını bağlayıb özü kimi sosial zəncirin ən son pilləsində duran biri ilə evlənib o yazığı sömürür.

      Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 17:535111

    Bir hicablı qadın var biri ona desə ki sənə isti deyil.hicablı qadında ona cavab verib deyəcək cəhənnəm əzabı bundan istidir

    Cavab yaz
    • Anonim
      Sumqayita · 14 Sentyabr 20:38840

      Deyer deyer ) cunki din hamisinin nitqini de beynini de sablonlasdirib. Yaziqlar cehennem ezabiyla o qeder qorxudulublar ki az qaliblar o dunyada cennete dusmekcun ele bu dunyadaca qaynar qir qazanina girib " TEMIZE CIXSINLAR " )

      Cavab yaz
  • Anonim
    asi · 14 Sentyabr 18:281270

    Düz edir..O molla başlar nə haqla belə qanun çıxardırlar özlərindən?? Hələ öz qadınları azmış kimi bizim də qadınları buna cəlb ediblər..Qonşudan qalma dala , deyib hamı sürətlə bağlanır..

    Cavab yaz
    • Anonim
      Asiyə · 14 Sentyabr 19:06842

      Özü də necə, az qala gözlərini də bağlasınlar.

      Cavab yaz
      • Anonim
        $.$.$. · 14 Sentyabr 19:241070

        Hicab baqlamaq yox ey Savadlanmaq lazımdır! Sabadsız qadın hec öz ailəsini də idarə edə bilmir indiki zamanda Savadlı bir muəlliməsə hec işləməsə belə evdə dərs deyib pul qazana bilir .Övladının dərsləriylə məşqul ola bilir və ən əsasə bilir ki övladı da savad almalı cəmiyyətə dəyərli lazımlı bir şəxsiyyət olmalıdır!

        Cavab yaz
    • Anonim
      Sumqayıt · 14 Sentyabr 19:147313

      O hicablı qadın səndən təmizdir.onlar öz eybilərini neçə örtübsə onların öz işidir.sən get öz işinən məşğul ol.sənin hicablı qadınlarnan işin olmasın

      Cavab yaz
      • Anonim
        asi · 14 Sentyabr 19:39787

        Mən də səndən təmizəm, bir..Ikinci də təmiz, çirklinin hicabla yaxından, uzaqdan heç bir əlaqəsi yoxfu..

        Cavab yaz
        • Anonim
          Aer · 14 Sentyabr 20:22864

          Hicab taxanlar haqda elə şeylər görüb eşitmişəm ki artıq heç birinə güvənmirəm. Bilinmir hansı düzdür hansı səhv. Öz həyatınızı yaşayın. Və heç kəsə müdaxilə etməyin.

          Cavab yaz
        • Anonim
          Sumqayıt · 14 Sentyabr 20:29628

          Sən məndən təmiz deyilsən.sən gah sünnilərin başına oyun açırsan gahda şiələrin başına oyun açırsan.sən istəyirsən bunlar bir birini qırsınlar.get öz işinən məğşul ol.sənin hicablı qadınlarnan işin olmasın

          Cavab yaz
        • Anonim
          Sumqayıt · 14 Sentyabr 20:35485

          Neçə yəni sən məndən təmizsən..hicablı qadınlar səndən təmizdir.onların üstündən ətir iy çıxır.sənin isə üstündən bəlkədə tər iy çıxır

          Cavab yaz
          • Anonim
            Əsranur · 14 Sentyabr 21:40770

            :))))Mən çox hicablı qadından qril iyini hiss etmişəm.Özü də pryamoy sarımsaqlı qril.İnsan dünyada ən müqəddəs varlıqdır.Onun həyatını çərçivəyə salmaq olmaz.Dini lazımi qədər bilmək lazımdır.Hər şeyin ifratı zərərdir.

            Cavab yaz
            • Anonim
              asi · 14 Sentyabr 22:12356

              Valla mən də yanımdan ötüb keçən örtülü qadınlardan ətir iyindən çox tər iyi hiss etmişəm.Yayın istisində başdan ayağa qədər örtünəni çətin ki, o istinin tərindən ətir xilas edə)..

            • Anonim
              Sumqayıt · 14 Sentyabr 22:38563

              Yayın istisi nədir cəhənnəm bundan istidir.o hicablı qadınlara yayda isti deyil onlara sərindir

            • Anonim
              Sumqayıt · 14 Sentyabr 22:39612

              Bəlkədə səndən çıxır tər iy

            • Anonim
              Əsranur · 14 Sentyabr 23:18543

              Ay insan,sərəkləmə.Deyəsən sənin burnuna ayağının,qoltuğunun iyi gəlir,sən də bilmirsən kimin üstünə atasan.Dur noskini dəyiş,qolunun altına su vur.Azad elə də özünü iydən.Aaaaa..Millət dəliyə həsrət,mən ağıllıya:))))

          • Anonim
            asi · 14 Sentyabr 22:02344

            Bütün mənalarda birbaşa yəni...Sənin canın bir nəmənə deyil, ona görə də öz canıma and olsun, yalan deyəni də kor olsun ki, bu saat evimdə 17 cür ətir işlədirəm, çoxu da ucuz sayılmaz.. 5 cür antiperispirant, 4 cür də digər məqsədlər üçün başqa spreylər)). Hələ kremlərimi, gellərimi demirəm..Mənim 1 ayda bu kimi məmulatlara xərclədiyim pulları ümumilikdə heç sənin kimisinin 10-u birlikdə özünə xərcləmir..Belə şeylərdən yazmaq xoşuma gəlmir, ona görə bir az sadələşdirib dedim..Yaxşı fikirləş, bəlkə tərləyən sənsən, xəbərin yoxdu özündən??

            Cavab yaz
            • Anonim
              Sumqayıt · 14 Sentyabr 22:47581

              Sənin üstündən bəlkə soğan iy çıxır.get ağzıvı yaxala sonra hər yaz

      • Anonim
        $.$.$. · 14 Sentyabr 20:31755

        Mətbuatdan oxuyub göruruk elə İranda hicablı xanımlar Siqə etdiriblər deyə min cur oyunlardan cıxırlar. Siqə edib kefdən gələn qadının carşabı cadrası hicabı bu pozquna neyləsin hə? Əsas hicab deyil ay xanımlar ay qardaşlar. Əsas insanın mənəviyyatı əxlaqı tərbiyəsidir! Namuslu qadın hicabsız da namusludur hicablı da ! Hərə özunə cavabdehdir. Amma hec nə məcburi olmamalıdır!

        Cavab yaz
  • Anonim
    Şems* · 14 Sentyabr 19:19596

    Mö´min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. (Nur suresi, 31-ci aye)

    Cavab yaz
    • Anonim
      Yuxaridakina · 14 Sentyabr 20:42856

      Ay baci, imam ehsenine gelen mollalar kimi quranin yarisini meruze elemisen ki burda.

      Cavab yaz
    • Anonim
      Əsranur · 14 Sentyabr 20:50947

      Əxlaq nisbi bir məfhumdur. Nisbi bir məfhumla da insanları mütləq qaydada xarakterizə etmək mümkün deyil.

      Cavab yaz
  • Anonim
    Şems* · 14 Sentyabr 19:20507

    Hicab Allahın emridir . Zövq isteyi deyil.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Sentyabr 19:45658

      Evimizin yanında məscid var. Nənəmlə hərdən gedirəm ora.Mənə maraqlı olan suallarıma cavab tapmaq ucun. Orda Quran oxuyan bir mollabacıdan soruşmuşam ki hicab məcburi baqlana bilər? Dedi qəti yox! Hicabı baqlayan xanım əgər özu öz istəyilə baqlayarsa daha gözəl olar. Məcburi deyil.Din adı altında hec kimi təhrik etməyin və özunuzu hamıdan aqıllı da sanmayın. Hicablı və ya hicabsız hec kimin hec kimi təhqir etməsi duzgun deyil. Secim hər kəsin öz işi.

      Cavab yaz
      • Anonim
        Sumqayıt · 14 Sentyabr 20:32485

        19:45 ə sən Allaha və onun rəsuluna inanmırsansa onda get burdan.sənin hicablı qadınlarnan işin olmasın

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 Sentyabr 20:42952

          Hörmətli şərhçi,məncə,hamının düşüncəsinə hörmətlə yanaşmaq lazımdır.Bu nikdəki qız,bildiyim qədəriylə balaca qızdır.Amma,fikirləri çox təmiz və məntiqlidir.Quranda "örtülün"yazılıb,bildiyim qədəriylə.Çox alimlərin fikriylə bu heç də,"Qara geyinib,göy sarıyın"deyil.Sadəcə,açıq gəzməyin deməkdir-çox dini alimlərin fikriylə.Mən qadının üzünə baxıb,şəhvətlənən kişini başa düşmürəm.(Əgər hicabı şəhvətə görə deyirlərsə)Həmin adam məncə,müalicə olunmalıdır.Ümidvaramki,sözlərimdən inciməzsiniz.Mən Qiranda zorun olmadığına inanmaq istəyirəm.

          Cavab yaz
    • Anonim
      Sumqayıt · 14 Sentyabr 20:37444

      Şems düz deyirsən.amma bunlar dinini yaxşı bilmirlər

      Cavab yaz
  • Anonim
    SIRVANLI · 14 Sentyabr 20:4945

    serhleri oxudum hicabla baqli jime serf eleyir elede yazir.amma onu deyim ki hicabli qadin cox rastima cixib bir kisi olaraq hec fikir vermemisem ele qadinlara onu deyim ki ele qadinida esitmisem ki filanjes hocab geyinir onda mat qalmisam cunki onun geyinneyi gicaba hormetsizlikdi. eleside var ki maskirofka ucun geyinir.

    Cavab yaz
  • Anonim
    Afa (yeraz) · 14 Sentyabr 21:00741

    Peyğəmbəriz "Beşikdən qəbrəcən elm öyrənin" demiş. Amma nədənsə islam dinindən danışanda kişilərin yadına 4 arvad düşür, qadlnların da yadına hicab bağlamaq.

    Cavab yaz
  • Anonim
    Şems * · 14 Sentyabr 21:03436

    Yazan xanımlara bildirmek isteyirem ki, men hicabın mecburiyetinden yazmadım, Allahın emri olduğunu yazdım, ne de hansısa açıq geyimli xanımın exlaqına heç zaman şübhe etmerem, sadece Allahın buyurduqlarını nezere alaraq deyirem ki, açıq geyim günahdır.

    Cavab yaz
    • Anonim
      Sumqayıt · 14 Sentyabr 21:24368

      Şems onlar dinini yaxşı bilmirlər ona görə elə edirlər

      Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Sentyabr 21:44629

      Şems xanım mən Sizdən incimirəm amma mən və mənim kimi başıacıq qızlar xanımlar hec də iraq olsun lutlənib özumuzu cölə qoymamışıq ki... Ədəb ərkanla geyinən bir gənc tələbə qızam mən. Ailəmizdə hec bir xanım qız gəlin acıq sacıq geyinmir. Geyinənə də xoşumuz gəlməsə də irad bildirmərik cunki kiməsə nəyisə başa salmaq indi cox cətin məsələdir hamı deyir ÖZUM BİLƏRƏM! Mənim ailəmdə şəxsən mən bu kəlməni aqzıma alıb dilimin ucundan belə kecirdə bilmərəm. Atam qardaşım hec xəbər tutmamış nənəm anamla məni sözlə elə tənbeh edərlər ki ÖLSƏM daha yaxşı olar! Qısası deməyim budur ki hər kəs özunə cavabdehdir!

      Cavab yaz
      • Anonim
        Şems * · 14 Sentyabr 22:02364

        Salam Aleykum, xanım. Men de 2-ci kursdan hicabdayam , elhamdulillah. Elbette ki, heç bir mecburiyet yoxdur, amma şexsen men heç vaxt kimlese açıq geyindiyine göre mübahise etmirem, ancaq nedense bezi insanlar hicaba lağ, tenqid hetta tehqir bele etmekden çekinmirler. / Yene de İslamın emrini çatdırmaq borcumuzdur, ona göre yazdım.

        Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 21:27328

    Bir müsəlman qadın var o öz eybilərini örtüb başqa qadının eybilərini örtərsə.Allah da qiyamət günündə həmin qadının eybilərini örtər

    Cavab yaz
    • Anonim
      Azad Qadin · 14 Sentyabr 22:02541

      Sen allahin yerine danisma. Allahin kiminle neyleyeceyini yalniz ve yalniz ozu bile biler. Basi hicablinin gunah emelleri basi acigdan 2 defe cox olsa ona o dunyada ne sen vekillik eleye bileceksen ne de hicabi. Ona gore de insanlari emellerine gore qiymetlendirmek lazimdi gorkemine gore yox.

      Cavab yaz
      • Anonim
        Sumqayıt · 15 Sentyabr 01:16301

        Mən Allahın yerinə heç vaxt danışa bilmərəm.Mən insanlara Allahdan danışıram.

        Cavab yaz
      • Anonim
        Sumqayıt · 15 Sentyabr 01:26312

        Allah insanları yaradıb ki tək ona ibadət etsinlər.ona heç bir şeyi şərik qoşmasınlar.Allahın kitabı (Quran)da var.Allah buyurur.ey insanlar sizi və sizdən öncəkləri yaratmış rəbbinizə ibadət edin ki.bəlkə Allahdan qorxasınız.(Quran) 2:21

        Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Sentyabr 23:00545

      Sumqayıt nikli xanım. Sizə anket doldurmaqa məcbur deyiləm. Allahı sevib sevməməyimi səninlə böluşəsi də deyiləm. Bir evdəki böyuklərimizin namaz qılıb oruc tutmaqını görmuşuksə deməli biz də imanlı birisiyik.Özunu aqıllı qarşındakını isə həmişə daha cox aqıllı və savadlı san! Səni elə otuzdurarlar yerinə hec səsin cıxmaz bildin? Saytın təzə mollabacısı cıxıb bizimcun. MƏNTİQSİZ!

      Cavab yaz
    • Anonim
      du er ikke alene · 15 Sentyabr 20:4160

      kim bir muselmanin eyibini orterse Allah da onun eybini orter.Dogrusu budur.

      Cavab yaz
  • Anonim
    orbet. · 14 Sentyabr 22:17525

    Gərək qadının qəbində inam olsun ki, hicaba da etiraz etməsin. Məhz Qurandakı hicabla əlaqəli ayədə mömin qadınlara de ki, müraciət olunur, qəlbində inamı olmayan isə mömin ola bilməz. İnamla əməl vəhdət təşkil etməlidir. Qəlbində inamsız qadının hicab örtməsinin heç bir mənası yoxdur. Ona görə də inam olmayanda etirazlar da olur. Bəs hicabsız əxlaqsızdırmı? Xeyir! Amma əxlaqsızlığa yol açan amillərdən biri ola bilər.O qədər xəstə manyaklar var ki qoca cavan uşaq bilmir ayaq sinə görən kimi hücuma keçmək üçün planlar cızır.Bəs hicab olsa etməz etmə variantı çox az olar,çünki hicab yaraşığın qarşısını alan vasitədir Həmçinin insan elə bir məxluqdur ki, şüurla bərabər nəfsi var, elə özəlliyi də budur. Nəfsin qorunması üçün insanın nəfsin qurbanına çevrilməməsi vasitələrindən uzaq durması gərəkdir. İnsan göz ilə nəyəsə ilk baxmağından başlanan nəfslə bağlı nəsə sonu faciə ilə bitməsinə də səbəb ola bilər. Allahın hər kəlamında hikmət vardır. Bunu dərk etmək üçün isə insanı düşünməyə vadar edir.

    Cavab yaz
    • Anonim
      Əsranur · 14 Sentyabr 22:29517

      Elə bu saytda qoca nənələrə də,körpə uşaqlara da təcavüz olunduğunu az oxumamışıq.Deməkki,qanı natəmiz heç nəyə baxmır.

      Cavab yaz
    • Anonim
      asi · 14 Sentyabr 22:29644

      Şərhiniz maraqlıdır.Amma indiki əksər hicablılar elə geyinib küçəyə çıxır ki, onların al əlvan vidlərinə nəinki əks cins, mən özüm də baxmaya bilmirəm..Həddindən artıq makyajını, geyindikləri dar şalvarları, bər-bəzəkli hindistan sarisinə oxşayan hicab dedikləri baş örtüsü heç də onların hamısının inamlı olmasıı təsdiq etmir..

      Cavab yaz
    • Anonim
      asi · 14 Sentyabr 22:31448

      Dar cins şalvarda hicablı da gəzəcəksə, nəyə görə onun başını bağlamağı adi halda həmin şalvarda gəzələrdən üstün etməlidi?

      Cavab yaz
      • Anonim
        orbet. · 14 Sentyabr 23:12525

        Dar cinslə baş örtüsü uyğunlaşmaz. Burda məqsəd qapanmaqdır başa yaylıq örtmək deyil.Qapanmaq isə əl sifətdən başqa bədən cizgilərini bildirməyəcək şəkildə əhatə etməlidir. Dar cinslə lüt bədənin fərqi azdır sanki mənim fiquram budur üstüörtülü olsa da bax deyir.

        Cavab yaz
        • Anonim
          Orbete · 15 Sentyabr 11:361048

          Onda siz kishiler de ortunun Orbet qardash, yoxsa biz qadinlar da bashi aciq kishi xeylagi gorende qelben gunaha giririk , bizim de aramizda o qeder manyak qadinlar var ki, abrinizi qorumaq adina ortunun siz de )

          Cavab yaz
          • Anonim
            H.H · 15 Sentyabr 12:30231

            Qadin manyak olanda ne ede bilirki kisiye? Kisinin manyaki ise qadinlar ucun xosagelmez hadiselere sebeb ola biler.Ferq budu :))

            Cavab yaz
            • Anonim
              H.H-ya · 15 Sentyabr 22:09420

              " Sen hele Nergiz xalani yaxshi tanimirsan " ))

            • Anonim
              H.H · 16 Sentyabr 01:14180

              Tanimiram,vaxt geler belke ne vaxtsa taniyaram :)))

            • Anonim
              H.H · 16 Sentyabr 01:40130

              Deyesen men bilirem hansi xanim serhcisen.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.