İran

"İran ABŞ-la dustaqları dəyişməyə hazırdır"

22 Aprel 2018 11:07
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda casusluq və ya casusluğa cəhddə ittiham olunaraq saxlanılan ABŞ vətəndaşlarının aqibəti ilə bağlı Vaşinqtonla danışıqlarda nə üçün çətinliyin olduğunu izah edib.

Milli.Az report.az-a istinadən bildirir ki, o bu barədə CBS-yə müsahibəsində danışıb.

"Siz ölkəyə, onun xalqına, hökumətinə hörmətsizlik edərək, rejimin dəyişdirilməsi illüziyası da daxil olmaqla açıq iddialar irəli sürməklə danışıqlarda iştirak etmirsiniz. Belə olan halda əsl danışıqlar üçün yer qoymursunuz", - deyə Zərif bildirib.

Onun sözlərinə görə, həbsdə olan amerikalılar yaxşı şəraitdə saxlanılır və İran onların sağlamlığının mühafizəsi üzrə bütün tələblərə riayət edir.

Zərif, həmçinin qeyd edib ki, İran Vaşinqton öz münasibətini dəyişəcəyi təqdirdə ABŞ-la dustaqları dəyişməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.