İran

İranın nüvə obyektləri yoxlanıldı

16 Aprel 2018 14:50
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Rosatom" şirkətinin mütəxəssisləri İranın Fordo nüvə obyektində yoxlamalar keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yoxlama Rusiya-İran birgə qaz sentrifuqaları kaskadının yenilənməsi ilə bağlı aparılıb.

Qeyd olunur ki, bu proses İranla beynəlxalq "altılıq" ölkələri arasında 2015-ci ildə əldə olunmuş birgə hərtərəfli fəaliyyət planına əsasən keçirilib.

Həmin nüvə obyektindəki iki kaskad 174 sentrifuqadan ibarətdir.

Bu yoxlamaların gələcəkdə də keçiriləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.