İran

İranda zəlzələ nəticəsində ölənlərin sayı 530 nəfərə çatdı

14 Noyabr 2017 20:23
17 Şərh     Baxış: 2 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 530 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaralıların sayı 7 500-ə yaxındır.

Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ümumilikdə 1650 yaşayış məntəqəsinə ziyan dəyib, 12 minədək ev tamamilə uçub.   
 
Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.