İran

İran səhiyyə nazirinin rəsmisi: "Son iki ayda Azərbaycandan Hepatit C virusu ilə müraciət edən 11 nəfəri müalicə etmişik”

5 Sentyabr 2017 17:00
1 Şərh     Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikasından Təbriz xəstəxanalarına hər gün vətəndaşlar müxtəlif xəstəliklərlə bağlı müraciət edirlər". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İran səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmmədhüseyn Somi Təbrizdə səfərdə olan Azərbaycan media nümayəndələri ilə görüşündə deyib.
 
M. Somi Bakıya tez-tez səfər etdiyini deyərək, iki ölkə arasında səhiyyə sahəsində münasibətlərin inkişaf etdiyi deyib. O bildirib ki, Azərbaycan vətəndaşları Təbriz xəstəxanalarına, əsasən, Hepatit C, qaraciyər xəstəlikləri və hamiləlik problemləri ilə bağlı müraciət edirlər: "Təsadüfi deyil ki, son iki ayda Azərbaycandan 11 nəfər Hepatit C virusu ilə bağlı bizə müraciət edib. Biz onları müalicə etmişik, onlar tam şəkildə sağalıblar".
 
M. Somi son vaxtlar Azərbaycan səhiyyəsinin inkişaf etdiyi, müasir avadanlıqlarla təchiz edildiyini də vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.