İran

Sərgi Azərbaycan dilindəki posterə görə ləğv edildi

20 Fevral 2025 15:36
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbriz Azad Universitetində "Uşaq evliliyi" mövzusuna həsr edilən foto-sərgi ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Təbriz Azad Universitetinin Müstəqil Tələbələr Təşkilatı öz sosial media hesabında paylaşım edib.

Məlumata görə, 22-23 fevral tarixlərində Təbriz Azad Universitetində keçirilməsi planlaşdırılan sərgi cəmiyyətin sosial və humanitar problemlərindən biri haqqında maarifləndirmək məqsədi ilə hazırlanıb. Ancaq sərginin posterindəki təsvirə və mətnində Azərbaycan türkcəsindən istifadə olunmasına görə Müşahidə Şurasının etirazı proqramın ləğvinə səbəb olub./axar.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.