İran

İslamı alət edən molla rejiminin erməni "eşq"inin səbəbi nədir?

7 Dekabr 2022 14:32
Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 il işğalçı Ermənistanla bir olub dini, tarixi bağlılığı olan yaxın qonşusu Azərbaycana düşmən münasibəti bəsləyən İran bir gün də olsun bu çirkin siyasətindən əl çıkmədi.

Adında islam sözü olsa da, islam dəyərlərindən tam uzaq olan molla rejimi üçün heç bir zaman müqəddəs dəyər olmayıb. 1979-cu ildən də bu siyasət davam edir.

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün siyasətini Ermənistanla birləşib Azərbaycanın müstəqilliyinə qarşı çıxmaq üzərində qurdu. 30 il Azərbaycan torpaqları işğal altında qalan zaman Ermənistanla əməkdaşlığını strateji tərəfdaşlıq həddinə yüksəltdi. Dəfələrlə verilən bəyanatlarından da görürük ki, İran siyasi sistemi mahiyyət etibarilə anti-Azərbaycan, anti-türk xətti üzərinə qurulub və rejim bu sistemdən kənara çıxa bilməyib. Çıxması da mümkün deyil.

Başqa bir maraqlı fakt - Azərbaycan müstəqilliyini əldə edəndən sonra İran Azərbaycanın müstəqilliyini qəbul etmədi. Yalnız bir il sonra tanımağa məcbur oldu. Sual olunur - İranın Ermənistan siyasəti daha çox anti-Azərbaycanla bağlıdır, yoxsa regional siyasətinin tərkib hissəsidir? Etiraf edək ki, İran Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında heç zaman maraqlı olmayıb. Çünki hesab edib ki, torpaqlar azad olunarsa, o zaman Azərbaycanın imkanları daha da artacaq. Bu isə o deməkdir ki, Azərbaycanın güclənməsi və təsir imkanlarının artması Güney Azərbaycan məsələsinə böyük mənada təsir edə bilər.

Lakin 44 günlük müharibə ortaya yeni reallıqlar qoydu. Azərbaycanın bölgədə təsir imkanlarını artırdı və bu proses uğurla davam edir. Türk dünyasının birliyi istiqamətində işlər gedir və fars molla rejimi də türk dünyasının yaranmasından narahatdır. Bu, İranı hədsiz dərəcədə qorxudur. Ona görə, İrana Ermənistan lazımdır. Çünki İrəvan Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti tutub və belə olan halda İran nə üçün də Ermənistan faktorundan yararlanmasın? Məsələləri analiz edərkən bəlli olur ki, İranın Cənubi Qafqaz siyasətində Ermənistan mühüm əhəmiyyət kəsb edir və nə qədər ki, hər iki dövlətdə anti-türk siyasəti davam etdirilir hər iki dövlətin maraqları üst-üstə düşəcək.

Azər Nuriyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.