İran

"Hələ o demişdi ki, İran məhv olacaq" - Maksim Şevçenko

29 Noyabr 2022 13:58
Baxış: 3 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı jurnalist, siyasətçi Maksim Şevçenko Elmar Hüseynovun "Qaynama nöqtəsi" adlı xüsusi layihəsində iştirak edib. Jurnalistin toxunduğu məsələlə İrandakı daxili siyasi böhran və onun region üçün nəticələri olub.

Maksim Leonardoviçin ən diqqətçəkən açıqlamalarından fraqmentləri diqqətə çatdırırıq. Maksim Şevçenko bildirib ki, İranın daxili parçalanmasının səbəbi onun birtərəfli qaydada Ermənistanı dəstəkləməsidir.  Yaxın dostu, mərhum Heydər Camaldan sitat gətirən jurnalist "o mənə açıq şəkildə bildirdi ki, İranın Ermənistan-Azərbaycan münaqişəsində erməniləri açıq müdafiə etməsi onun üçün çox pis nəticələnəcək. Bu onun məhvi olmasa da, köklü şəkildə ziyan vuracaq" deyib.

Əlavə edib ki, İran tarixi, dini yaxınlığı olan Azərbaycana qarşı satqınlığı onun bir dövlət kimi məhvinə səbəb olacaq. Bu olmasa da, İranda vətəndaş müharibəsinə gətirib çıxaracaq. Beləliklə, məhrum jurnalistin peyğəmbərcəsinə illər əvvəl səsləndirdiyi fikirlər deyəsən reallaşmaq üzrədir.

Azər Nuriyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.