İran

İranda daha bir güclü zəlzələ oldu

26 İyun 2022 18:25
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün yerli vaxtla 17:37 radələrində İranın cənub-şərqində yerləşən Kirman vilayətin Ravər rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, 10 km dərinlikdə baş verən yeraltı təkanlar əhalinin təşvişə düşməsi ilə nəticələnib.

Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi haqda məlumat verilməyib.

Qeyd edək ki, ötən gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 5,6 bal gücündə zəlzələ baş verməsi nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.