İran

İran səfirliyi Azərbaycan ordusunu təbrik edib

26 İyun 2022 17:43
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Azərbaycandakı səfirliyi Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar İranın Azərbaycandakı Səfirliyi özünün Twitter səhifəsində paylaşım edib.

"İran Səfirliyi Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edir. İki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək", - deyə paylaşımda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.