İç siyasət

“Green Card” qalibi Azərbaycandan Amerikaya getmək üçün qız axtarır

23 Fevral 2019 15:09
2 Şərh     Baxış: 2 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il "Green Card" udan, yəni ABŞ-da yaşamaq üçün keçirilən lotereyada qalib olan azərbaycanlı gənc kağız üzərində formal nikaha daxil olmaq üçün subay qız axtarır. Qızın 28 yaşınadək olması şərt kimi irəli sürülüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda Kanadada yaşayan azərbaycanlılardan biri "Facebook" qrupunda paylaşım edib. Sosial şəbəkədə yayılan məlumatda "Green Card" qalibi olan şəxsin belə addım atmasının səbəbi izah olunub. Qeyd olunub ki, Amerikada yaşamaq icazəsi olan şəxsin bu yola əl atmasında məqsədi sənədləşmə və digər xərcləri ödəməməkdir.

"Amerikaya getdikdən sonra isə həmin qız şəxsi həyatı ilə bağlı qərarlarını özü verəcək. Bundan sonra o istəsə Amerikada, istəsə də Kanadada qala bilər" - deyə  qeyd olunub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.