İç siyasət

"Qarabağ"ın futbolçusu Polşada badminton turnirinin qalibi oldu - FOTO

4 Yanvar 2019 11:13
0 Şərh     Baxış: 625

"Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşada badminton turnirinə qatılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ölkədaxili yarışın qalibi olub. Fəxri kürsüdəki fotosunu sosial şəbəkədəki hesabından paylaşan Jezniçak "Kolleksiyam üçün daha bir kubok" yazıb.

Qeyd edək ki, Yakub Jezniçak 2017-ci il iyulun 6-dan "Qarabağ"da çıxış edir. Hazırda istirahətdə olan Ağdam komandası mövsümün ikinci yarısına hazırlıq məqsədilə yanvarın 9-da Türkiyənin Antalya bölgəsində bir araya gələcək.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.