İç siyasət

İƏT Parlament İttifaqının baş katibindən Zəhranın və nənəsinin öldürülməsi ilə bağlı bəyanat

13 İyul 2017 16:10
0 Şərh     Baxış: 4 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç Fizuli rayonun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat verib.

Milli.Az xəbər verir ki, Milli Məclisdən APA-ya bildirilib ki, bəyanatda bu il iyulun 4-də Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri; 2 yaşlı qız Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri şiddətlə qınanılır.

Sənəddə İƏTPİ-nin Baş katibi qurbanların ailəsinə başsağlığı verir və qardaş Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.