Maraqlı

ABŞ-da beş yaşlı uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq

28 Oktyabr 2021 09:13
0 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ tibbi tənzimləyicisinin ekspert komissiyası 5-11 yaşlı uşaqlara koronavirus peyvəndini tövsiyə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) mütəxəssisləri böyük səs çoxluğu ilə bu qərarı qəbul ediblər. Onların fikrincə, "Pfizer" peyvəndinin vurdurulmasının faydaları risklərdən daha çoxdur.

Peyvəndlər üzrə tənzimləyici orqanın rəhbəri Piter Marks bildirib ki, bu yaş qrupunda təxminən iki milyon insan koronavirusa yoluxub, onlardan 8300-ü xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya yerləşdirilənlərin üçdə birinin reanimasiyaya ehtiyacı olduğunu vurğulayıb.

Bu qərar təxminən 28 milyon azyaşlıya təsir edəcək.

Qeyd olunur ki, uşaqlar üçün peyvəndləmələr noyabrın əvvəlindən başlaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.