Maraqlı

İtkin düşən Əməkdar artist tapıldı

26 Oktyabr 2021 21:32
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada itkin düşmüşdü.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 81 yaşlı aktrisa Qorki adına kinostudiyanın ərazisində tapılıb. O, oktyabrın 22-də teleşoulardan birində iştirak etmək üçün kinostudiyaya gəlibmiş.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisənin şou məqsədi daşıması da istisna edilmir.

Qeyd edək ki, S.Svetliçnaya demensiyadan (yaddaşı itirmək) əziyyət çəkir. O, "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yeri dəyişdirilə bilməz" kimi bir çox filmlərdə rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.