Maraqlı

“Delta” ştamının ilk FOTOsu

25 Oktyabr 2021 19:00
1 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun "Delta" ştamının ilk fotosu yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ştamın fotosunu Rusiyanın virusologiya və biotexnologiya üzrə "Vektor" elmi mərkəzi yayıb.

Qeyd edək ki, koronavirusun "Delta" ştamı adlanan "Hind" variantı yüksək yoluxuculuğu ilə seçilir. Bu ştama yoluxanlar özləri də bilmədən digərlərini yoluxdura bilərlər.

Adından da göründüyü kimi, "Hind" ştamı ilk dəfə ötən ilin payızında Hindistanda aşkar olunub. Ümumdünya Səhiyyə Təşkilatı virusların adında coğrafi adlardan imtina etdiyi üçün ştam "Delta" adlandırılıb. İlk olaraq Hindistanda yayılan virus daha sonradan digər ölkələrə də yayılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.