Maraqlı

66 milyon illik skelet rekord qiymətə satıldı

24 Oktyabr 2021 14:55
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndiyədək tapılan triçeratops tipli dinozavrların ən böyüyü hesab olunan "Con"un skeleti Parisdə keçirilən hərraca çıxarılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 66 milyon il əvvələ məxsus olan skelet 6,65 milyon avroya (təxminən 13 milyon 145 min manat) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.

Qeyd edək ki, "Con" adlı triçeratops 2014-cü ildə Amerikanın Cənubi Dakota ərazisində aşkar olunub. Alimlər onun sümüklərinin yalnız 60%-ni tapa biliblər. Dinozavrın skeleti 200 sümükdən ibarətdir. Onun uzunluğu 8, hündürlüyü isə 3 metrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.