Maraqlı

Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

23 Oktyabr 2021 23:25
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu Lab qrupu dünyada ilk dəfə iOS 15 əməliyyat sistemli iPhone 13 Pro-nun uzaqdan jailbreak-ni reallaşdıraraq smartfon üzərində tam idarəetməni əldə edə bilib. Maraqlısı ondadır ki, bu prosesin reallaşdırılması üçün hackerlərə 1 saniyə vaxt lazım olub. Smartfon üzərində uzaqdan idarənin əldə olunması üçün hackerlər Safari brauzerinin və iOS 15 əməliyyat sisteminin nüvəsindəki boşluqdan istifadə ediblər.

Smartfonun hack olunması üçün yeganə tələb isə istifadəçinin zərərli linkə klikləməsi olub. İstifadəçi zərərli linkə klikləyəndən sonra hackerlər smartfon üzərindəki tam idarəni əldə edirlər. Nəticədə onlar smartfondan istənilən məlumatı əldə edə bilərlər. Bura həmçinin Gallery və tətbiqlərdən olan məlumatlar da daxildirlər. Bu cür hack prosesi sayəsində hackerlər həmçinin uzaqdan smartfondakı məlumatları silə də bilərlər. Hackerlər tərəfindən istifadə edilmiş sistem boşluqlarının iOS 15-in sonuncu versiyalarında mövcud olub-olmadıqları barəsində bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.