Maraqlı

Hesabları bloklanan Tramp özü sosial media yaradır

22 Oktyabr 2021 09:18
0 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən aylarda keçirilən prezident seçkilərində məğlub olan keçmiş ABŞ prezidenti Donald Trampa o vaxtki yazılarına görə sosial media nəhəngləri tərəfindən veto qoyulmuşdu.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial media hesabları bağlanan Tramp öz sosial media tətbiqini aktivləşdirmək üçün işə başlayıb.

Trampın gələn ay istifadəyə veriləcək "TRUTH Social" proqramı "Trump Media və Technology Group" və bu məqsədlə alınan bir şirkətin birləşməsi ilə yaradılacaq.

Yeni şirkətin hər kəsə fikirlərini bölüşmək imkanı vermək üçün qurulduğunu vurğulayan Tramp bldirib ki, "Tezliklə "TRUTH Social" haqqında fikirlərimi ifadə edə biləcəyim və böyük texnologiya şirkətləri ilə mübarizə apardığım üçün çox həyəcanlıyam".

"TRUTH Social"ın gələn ay "seçilmiş dəvətlilərlə" başlayacağı və 2022-ci ilin birinci rübündə istifadəçilərlə görüşəcəyi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.