Maraqlı

Casusluqda ittiham edilən robot tutuldu: Diplomatik böhran yarandı

22 Oktyabr 2021 11:54
3 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ilk ultra-realist, rəssam robotu Ai-Da sərgi açılışına getdiyi Misirdə gömrük işçiləri tərəfindən saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun cəsus təşkilatının üzvü olmasından şübhə edilib.

10 gün Misir gömrüyündə saxlanılan robot diplomatik böhrana səbəb olub.

Ai-Danı hazırlayan Aidan Meller bildirib ki, Böyük Britaniya robotu qurtarmaq üçün müdaxilə edib və çox gərgin anlar yaşanıb.

O qeyd edib ki, robot əvvəlcə modemi olduğu üçün, sonra gözlərində kameralar olduğu üçün saxlanılıb.

Nəhayət dünən axşam, sərginin başlamasından bir neçə saat əvvəl Ai-Da sərbəst buraxılıb. Qahirədəki Britaniya səfirliyi problemin həllindən məmnun olduqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.